Əsas Səhifə > Cəmiyyət, Manşet > Fuad Nəcəfli Şərur təhsilində belə DÖNÜŞ EDƏ BİLMƏYİB...

Fuad Nəcəfli Şərur təhsilində belə DÖNÜŞ EDƏ BİLMƏYİB...


27-05-2023, 10:30
Fuad Nəcəfli Şərur təhsilində belə DÖNÜŞ EDƏ BİLMƏYİB...
DİA.AZ: - 2016-2022-ci illərdə Şərur şəhər Fizika-Riyaziyyat Təmayüllü liseydə çalışan müəllimlərin hüquqları kobud şəkildə pozulub. Bu barədə DİA.AZ-a ünvanlanan şikayət məktubunda deyilir.

Müraciət müəllifi yazır: "Haqqımda hec bir akt və protokol olmadığı halda 2022-ci ilin may ayında bizdə Ovni müəllim tərəfindən liseydə iclas kecirildi... Mən və daha 4 müəllim yoldaşımın işdən heç bir səbəb olmadan çıxarılacağını dedilər, eyni zamanda ali təhsili olmayan bəzi laborantlar daxil olmaqla işdən çıxarılacağımız deyilid. Biz çox etiraz etsək də, bizim etirazımıza nə Ali Məclis və nə də ki Təhsil Nazirliyi diqqət yetirmədi.

Keçən ilin sentyabr ayında digər o iki müəllimi işə geri qaytardılar, çünki yuxarıdan tapşırılmışdı... Ancaq mən və digər iş yoldaşım Xələc kənd tam orta məktəbinə qanunsuz şəkildə göndərildik. O məktəbdən isə Lamiyə Bağırbəyli və Əlmurad müəllimi liseyə gətirdilər.

Fuad Necefli Naxçıvanda fəaliyyətinə başladığı andan biz təkrar öz iş yerimizə qayıtmaq üçün müraciət etsək də, bizi aldadaraq ikinci yarımildən öz iş yerimizə qaytarılacağımiza dair söz verilsə də, nazir yuxarıdan tapşırıq olduğu üçün sözünün üstündə dura bilməyəcəyini dedi.

Məhkəməyə müraciət etsək də, məhkəmə Nazirliyi qarşısına almaq istəmədi...

Ən maraqlısı isə bu oldu ki, bizə hədə-qorxu gəlindi. Nazirlik tərəfindən tələb olundu ki, öz razılığımızla ərizəsi yazmalıyıq. Yoxsa bizə heç bir yerdə iş verilməyəcəkdi... Biz məcbur olduq və ərizə yazdıq...

Amma daha da maraqlısı isə o idi ki, bizə ərizəmizi yazmağı 27.09.2022-ci il tarixində Xələc kəndində işləyərkən deyilməsiydi... Halbuki mekteb 15 sentyabrdan başlayır..."

İddia olunanlarla bağlı dia.az olaraq bütün aidiyyatı qurum və şəxslərin də mövqelərin i işıqlandırmağa hazırıq...

Geri qayıt