Əsas Səhifə > Cəmiyyət, Manşet > Satdıqları yeni nəsil məhsul DEFFEKT ÇIXIR...

Satdıqları yeni nəsil məhsul DEFFEKT ÇIXIR...


18-05-2023, 08:59
Satdıqları yeni nəsil məhsul DEFFEKT ÇIXIR...
DİA.AZ: - "Bir ay əvvəl "Baku Electronics"-dən aldığım notbuk... Qiyməti isə 2000 manatdan yuxarıdır". DİA.AZ bildirir ki, bu barədə "Şikayətim Var" sosial qrupundakı paylaşımında Turan Ramazanzadə adlı istifadəçi giley edir.

Satdıqları yeni nəsil məhsul DEFFEKT ÇIXIR...

Daha sonra narazı vətəndaş yazır: "Mən deyirəm ki, əməkdaşınızla calaşdırın məni... Məni servislə calaşdırırlar. Mənə usta lazım idisə... özüm də tapardım!

İndi bunu usta bir az bərkidib yenidən üstümə qaytaracaq. Qətiyyən qəbul etmirəm... Lazım gəlsə, məhkəməyə də müraciət edəcəm.

Rayon yerində getdiyim kompüter kursunda 2006-cı ilin noutbuklarını işlədirdik, hətta qorumadan, ehtiyatsız davranaraq...

Onlara heç nə olmurdu, amma mənim yeni nəsil noutbukum yanır, ekranı əriyir... Hələ 1 aydır alınıb. Mən bunu servisə yox, "metallom"a göndərəcəm..."

Satdıqları yeni nəsil məhsul DEFFEKT ÇIXIR...

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt