Əsas Səhifə > Cəmiyyət, Manşet > Azərbaycanda vəhabilərə qarşı mübarizə aparanı iranmeyilli dindarlardır

Azərbaycanda vəhabilərə qarşı mübarizə aparanı iranmeyilli dindarlardır


29-01-2014, 12:37
Azərbaycanda vəhabilərə qarşı mübarizə aparanı iranmeyilli dindarlardır
DİA.AZ: - Artıq Suriyadan az qala hər gün gələn vətəndaşlarımızın ölüm xəbəri rəsmi Bakını da hərəkətə keçməyə vadar edib. Dünəndən etibarən hökumətin həyəcanı açıq şəkildə hiss olunur. Bir yandan ruhani idarənin rəhbəri Allahşükür Paşazadə vəhabiləri - gənclərimizi Suriyaya daşıyan bu təhlükəli ideologiya daşıyıcılarını topa tutur, digər yandan isə daxili işlər nazirinin sözügedən problemlə bağlı xüsusi tapşırıqlar verməsi barədə məlumatlar yayılır. Prosesdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin də fəallıq nümayiş etdirdiyi hiss olunur.

Əsas hiss olunanı isə, təbii ki, rəsmi Bakının hərəkətə keçməsidir. Kimiləri bunu gecikmiş müdaxilə adlandırsa da, istənilən halda tədbirlərə əl atılması təqdir olunmalıdır.

Onu da bildirək ki, əslində bu gün vəhabilərin öz sıralarını hansı yolla genişləndirdiklərini müəyyən etmək o qədər də çətin deyil. Eləcə də digər təriqət daşıyıcıları da bu gün eyni qaydada təşkilatlanır, sıralarını genişləndirirlər. Bu əsnada ən çox müraciət olunanı isə sosial şəbəkələrdir.

DİA.AZ-ın apardığı qısa araşdırmalar zamanı təkcə «Facebook»da vəhabilərə aid 30-dan artıq sosial qrupun fəaliyyət göstərdiyinin şahidi oluruq. Bildirək ki, bu qrupların ən azından 5 mindən artıq üzv var. Hətta üzvlərinin sayı 20 minə çatan qruplar da var ki, bu da vəhabilərin kifayət qədər fəal olmalarının, həm də internet vasitəsilə təşkilatlanmağa maraqlı olduqlarının göstəricisi kimi qəbul edilməlidir.

Araşdırmalarımız nəticəsində vəhabilərə qarşı gedən qrupların da olduğunu gördük. Amma əsasən iranmeyilli dindarların nəzarəti altında olan bu qruplarda bir məqam isə xüsusi olaraq diqqət çəkən idi: SIRALARININ SEYRƏKLİYİ, SAYLARININ AZLIĞI…

Hər halda, bu gün əgər kimlərsə vəhabiləri, eləcə də onlar qədərində təhlükəli görünən nurçuları, habelə digər qeyri-ənənəvi dini cərəyan daşıyıcılarını axtarmaq fikrinə düşübsə, o zaman «Facebook»da, «Tvitter»də və bu kimi sosial şəbəkələrdə kifayət qədər bilgi toplaya bilər…

Azərbaycanda vəhabilərə qarşı mübarizə aparanı iranmeyilli dindarlardır
Azərbaycanda vəhabilərə qarşı mübarizə aparanı iranmeyilli dindarlardır
Azərbaycanda vəhabilərə qarşı mübarizə aparanı iranmeyilli dindarlardır
Geri qayıt