Əsas Səhifə > Cəmiyyət, Manşet > `Azəriqaz` YENİ HƏMLƏ TƏDARÜKÜNDƏ...

`Azəriqaz` YENİ HƏMLƏ TƏDARÜKÜNDƏ...


4-05-2023, 11:04
`Azəriqaz` YENİ HƏMLƏ TƏDARÜKÜNDƏ...
DİA.AZ: - "“Azəriqaz” İB tərəfindən itirilmiş qazın bərpası (uçota alınmayan qaz sərfi) məqsədi ilə saatlıq qaz sərfi qaz sayğacının maksimal sərfölçmə qabiliyyətinə uyğun olmalayan abonentlərə uçota alınmayan qaz sərfi hesablanması davam edəcək". DİA.AZ bildirir ki, bu xəbərdarlıqla sahə üzrə mütəxəssislərdən birini istinadla Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri, tanınmış hüquq-müdafiəçisi Mirvari Qəhrəmanlı çıxış edib.

M.Qəhrəmanlı daha sonra bildirir: "Bununla əlaqadar “Azəriqaz” İB-nin AGİS abonent bazasında hər bir abonentin fərdi hesabında aylıq istifadə edilmiş qazın həcmi təhlil olunmuş və saatlıq qaz sərfi qaz sayğacının maksimal sərfölçmə qabiliyyətinə uyğun olmayan abonentlər müvafiq qaydada müəyyən edilmişdir.Əgər bir abonent il ərzində 7000 m3 -dən artıq qazdan istifadə etmişsə 2160 m3, 10.000 m3 dan artıq qazdan istifadəyə görə 4320 və belə silsiləli şəkildə yüksəlir. RQİİ-lərə abonent siyahisi və AKT forması da göndərilmişdir.

Prosesi müşahidə edən Ekspertimiz isə ,bunu qaz itgisini yenə abonent hesabına bağlanılması üçün "Azəriqaz" tərəfindən düzgün olmayan siyasət hesab edir və müəyyən məqamlara diqqət yetirilməsini məqsədəuyğun hesab edir:

- Məlum olduğu kimi, əhalinin 95 % istifadəsində G-4 markalı qaz sayğacları təşkil edir. G-4 markalı qaz sayğacının pasport göstəricilərinə əsasən onun 1 saata maksimal qaz buraxma əmsalı 6 m3/saat -dır. Yəni abonent 1 saat ərzində fərdi evində 6 m3/saat qazdan öz məişət qaz cihazlarında istifadə edə bilər və bu onun haqqidir. Belə olan halda abonent əgər 1 saat ərzində 6 m3 qazdan istifadə edə bilərsə o gün ərzində 6X24=144 m3 , ay ərzində 144x30=4320 m3 qazdan istifadə edə bilər. Abonentə itirilmiş qaz o zaman hesablana bilər ki, , onun istifadəsində G-4 markalı sayğac olsun və o ayda ən azından 4500 m3 qazdan istifadə etsin..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt