Əsas Səhifə > Cəmiyyət, Manşet > BU NƏDİ BELƏ: Naxçıvanın da hava yolu bağlandı...

BU NƏDİ BELƏ: Naxçıvanın da hava yolu bağlandı...


30-04-2023, 20:50
BU NƏDİ BELƏ: Naxçıvanın da hava yolu bağlandı...
Bakıdan Naxçıvana və əks istiqamətə uçan təyyarə reysləri təxirə salınıb. Buna səbəbin beynəlxalq hava yolunda yaranmış problemin olduğu bildirilir. Bakının Naxçıvanla hava əlaqəsi İran, yaxud da Ermənistan üzərindən keçən beynəlxalq yollarla təmin olunur. Bu təyyarələr son dövrlər İran üzərindən uçuşlar həyata keçirirdi.

DİA.AZ bildirir ki, sərnişinlərin „Gündəlik Naxçıvan“a verdiyi məlumata görə, uçuşların nə vaxt bərpa olunacağı ilə bağlı onlara dəqiq məlumat verilmir. Bakıdan Naxçıvana uçuşunu gözləyən sərnişinlərdən Aydın Bayramov deyir ki, onun uçacağı reys 10 saatdan artıqdır ki, təxirə salınıb:

„Naxçıvana gündəlik üç normal reys uçur. Mən səhər tezdən uçan reysə bilet almışam. Səhər gəldik, dedilər ki, hava yolunda problem var deyə təxirə salınır. Bizdən sonrakı iki reys də təxirə salınıb. Aeroportan bizə dedilər ki, yaxın saatlarda problem həll olunacaq. Ancaq, hələlik bir yenilik yoxdur“.

Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportundan da uçuşların təxirə salınmasını beynəlxalq hava yolunda yaranmış problemlə izah etdilər.
Geri qayıt