Əsas Səhifə > Cəmiyyət, Manşet > Tovuz boyda rayonu qatlayıb qoyub cibinə...

Tovuz boyda rayonu qatlayıb qoyub cibinə...


29-04-2023, 12:27
Tovuz boyda rayonu qatlayıb qoyub cibinə...
Öz üslubumuza uyğun olaraq həmişəki kimi haqqında bəhs edəcəyimiz vəzifəli şəxsin tərcümeyi-halına nəzər salmalı olduq. Söhbət Tovuz Rayon İcra hakimiyyətinin başçısı Məmməd Cahangir oğlu Məmmədovdan gedir. Deməli, Tovuz RİH-nin ( http://tovuz-ih.gov.az ) saytına daxl oluruq və oxuyuruq: Məmməd Cahangir oğlu Məmmədov 10 dekabr 1961-ci ildə Tovuz rayonunun Dönük Qırıqlı kəndində anadan olmuşdur. Ali təhsilli iqtisadçıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 07 iyun 2018-ci il tarixli Sərəncamı ilə Tovuz rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. Vəssəlam, başqa bir söz yoxdur.
Biz bu mövzuda dəfələrlə yazmışıq ki, RİH-nin saytı rəsmi dövlət qurumunun saytıdır, hansısa həvəskarın fb səhifəsi-zadı deyil ee... Prezident Administrasiyası bu pərakəndəliyə son qoymalıdır. Prezidentin böyük bir rayondakı səlahiyyətli nümayəndəsinin kim və nəçi olduğu məlum olmalıdır. Necə yəni 1961-ci ildə anadan olub və 2018-ci ildə Prezident onu rayona icra başçı təyin edib. Bəs bu Məmməd deyilən məxluq 2018-1961 = 57 il harada olub..?
Görəsən, Cahangir kişinin oğlu Məmməd niyə öz tərcümeyi-halını gizlədir..? İndi biz haradan bilək ki, bu adam hərbidə qulluq edibmi, yoxsa, “neqodnu”dur..? Bu adam hansı ali məktəbi bitirib...? Necə yəni ali təhsilli iqtisadçıdır..? Bu adam hansı ölkədə təhsil alıb..?
Sözün qısası, özümüzü əziyyətə salıb araşdırma aparmalı olduq. Uzun araşdırmalardan sonra məlum oldu ki, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov uzun müddət “AQRO Kimya” MMC-nin prezidenti olub və icra başçısı təyin olunan kimi vəzifəsini oğlu Rəhman Məmmədova təhvil verib. Sonra o da məlum oldu ki, Məmməd Məmmədov Azərbaycan Meliorasiya və Su Təsrrüfatı Açıq Səhmdar Cəmiyyətinin Aparatın rəhbəri, Cahan Məmmədovun qardaşıdır. Məlumat üçün onu da bildirək ki, Cahan Məmmədov 1993-2005-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini vəzifələrində çalışıb.
Bəli, məlum oldu ki, icra başçısı Məmməd Məmmədov 1 gün də olsun dövlət idarəetmə sahəsində çalışmayıb, ancaq bizneslə məşğul olub. Məlumdur ki, biznesmenin cibi olur, ona görə də Məmməd Məmmədov Tovuz boyda rayona sanki öz cibi kimi baxır. Bəli, məhz öz cibi kimi. Deməli, Məmməd Məmmədov icra başçısı təyin olunan kimi vəzifələrə öz qohum-əqrəbalarını yerləşdirməyə başladı. Sonrakı etapda Məmməd Məmmədov rayondakı sahibkarların, iş adamlarının, fermerlərin torpaq sahələrini ələ keçirmək üçün onları şantaj etməyə başlayıb. (Onu biz demirik haa, Tovuz camaatı deyir) Sahibkar Rəşid Məmmədov yazır ki, 1994-cü ildən sahibkarlıq fəaliyyəti ilə məşğulam, Ceyrançöldə qanuni olaraq 57 hektar torpaq sahəm var, icra başçısı həmin torpağı məndən almaq istəyir. Şikayətçi deyir ki, icra başçısı heç bir əsas olmadan məni məhkəmə ilə hədələyir, təhdid edir.
Şikayətçi yazır ki, 5 dəfə icra başçısının qəbulunda olmuşam, məndən nə istədiyini soruşmuşam, mənə konkret deyib ki, torpağı mənə satmalısan, ya da istənilən yolla torpağı səndən alacam. İndi gördünüzmü, icra başçısı Məmməd Məmmədov hansı əməlin sahibidir. Cənab Prezident İlham Əliyev bu şəxsi icra başçısı təyin edəndə dedi ki, gedin sakinlərin problemlərini həll edin. Bu cənab Məmməd Məmmədov isə Prezidentin tapşırığını qulaqardına vurur. Bu Tovuzda baş verənlərin 100-də biridir ee... Bu hələ harasıdır..?
Prezidentin göstərişi ilə sahibkarların, fermerlərin, kəndlilərin əkin sahələrinin su ilə təmin edilməsi üçün xeyli dövlət vəsaiti xərclənib, artezian quyuları qazılıb. Amma Məmməd Məmmədov həmin artezian quyularını özününküləşdirib və nəticədə fermerlər, kəndlilər əkin sahələrini suvarmağa su tapmır. Camaat Məmməd Məmmədova el arasında hələ bir ayama da qoşublar... Məmməd Məmmədov bilərkdən sahibkarlara su vermir ki, bezib axırda torpaq sahələrini ona satsınlar.
İndi bildinizmi, Məmməd müəllimin məqsədi bütün Tovuz torpaqlarını ələ keçirməkdir. Vətəndaş car çəkir ki, əlimdə torpaqla bağlı Dövlət Aktı var, icra başçısı deyir ki, torpağı mənə verməlisən. Sözün qısası, Məmməd Məmmədov Tovuz camaatını bezdirib. Hətta tovuzlular son vaxtlar ona başqa bir ayama da qoşurlar. Yəqin ki, inşallah yaxın zamanda möhtərəm Prezidentimizin “Dəmir yumruğu” xalqa xidmət etməyən məmurların başına enəndə yediklərini zəhər kimi qaytaracaq.

P.S. El arasında "Zəhər Mamed" kimi tanınan şəxsin kimliyi haqqında növbəti sayımızda...
//gundelik-baku.com//
Geri qayıt