Əsas Səhifə > Cəmiyyət, Manşet > Şərurda bu idarədə VAKANT YERLƏR SATILIR

Şərurda bu idarədə VAKANT YERLƏR SATILIR


17-03-2023, 10:00
Şərurda bu idarədə VAKANT YERLƏR SATILIR
DİA.AZ: - Naxçıvanın Şərur rayonundan bir müəllim illərdir işsiz olduğunu bildirir. DİA.AZ-ın məlumatına görə, narazı vətəndaş bu məsələdə yerli məmurları günahlandırır

Şərurlu müəllim yazır:
"Mən Naxçıvanda Şərurda yaşayıram 27 yaşım var ailəliyəm, ali təhsilliyəm və ixtisasım biologiya müəllimliyidir.
Mən işsizəm, mənim işsiz olmağımın səbəbi Şərur rayon məktəblərində vakant yerlərin satılmasıdır.
Vakant yerləri ya gizlədirlər ya satırlar.
Mən üniversiteti Naxçıvanda bitirmişəm. Necə olur Xerson universitetini biologiya ixtisası üzrə bitirən biri Şərurun mərkəzində heçbir imtahan vermədən işlə təmin olunur və müəllimlik əmri verilir. Bizlər vakant yer tapıb imtahanda iştirak edə bilmirik..
Vakant yerlər satılır dərs saatları vakanta çıxmır.
Dəfələrlə müraciət etmişəm... baxan yoxdur, araşdıran yoxdur..
Uşaq birliyi təşkilatının rəhbəri vəzifəsi və psixoloq vəzifələri satılır..
Şərur rayonunda son iki ildə təyin edilən Uşaq birliyi təşkilatının rəhbərləri, psixoloq vəzifələri, müəllim əmrləri araşdırılsın..
Mən həqiqətləri deyirəm... lazım gəlsə faktlarla sübut edərəm.
Xahiş edirəm, işıqlandırın, bu quldurluğa son qoyulsun".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

Geri qayıt