Əsas Səhifə > Cəmiyyət, Manşet > QƏRAR VERİLİB: AZAL qiymətləri endirməli olacaq...

QƏRAR VERİLİB: AZAL qiymətləri endirməli olacaq...


28-02-2023, 11:57
QƏRAR VERİLİB: AZAL qiymətləri endirməli olacaq...
DİA.AZ: - Türkiyədə baş verən güclü zəlzələdən sonra qardaş ölkəyə gedən turistlərin sayında azalma müşahidə olunur. Elə Azərbaycandan da Türkiyəyə səfərə getməyə hazırlaşanlar yeraltı təkanların davam etməsi səbəbindən bu planlarından daşınırlar. Bu səbəbdən yerli turizm şirkətləri tur paketlərin qiymətlərində endirimlər etməyə başlayıblar. Amma bütün bunlara rəğmən “AZAL”ın bilet qiymətlərini endirməməsi diqqətdən yayınmır.

DİA.AZ bildirir ki, "yuxarılar" bununla bağlı ciddi müzakirədədirlər.

Bu barədə redaksiyamıza hökumətdəki mötəbər mənbədən verilən informasiyada qeyd olunur ki, yaxın günlərdə AZAL-ın bilet qiymətlərində ciddi endirimlərə gediləcək.

Mənbə iddia edir ki, bu barədə konkret qərar və göstəriş var: "Yəni məsələnin dedtalları və İCRA FORMASI müzakirə olunur".

Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin...

Geri qayıt