Əsas Səhifə > Cəmiyyət, Manşet > Naxçıvan səhiyyəsində BAZAR AB-HAVASI...

Naxçıvan səhiyyəsində BAZAR AB-HAVASI...


20-01-2023, 12:26
Naxçıvan səhiyyəsində BAZAR AB-HAVASI...
DİA.AZ: - DİA.AZ Naxçıvandan bir vətəndaşın şikayətini təqdim edir:

"MR xəstəxanasının Baş həkimi Zəbur Bağırov yoldaşımın xəstəxanadan çıxması üçün sağlamlıq kağızına möhür vurmağa 50 manat istədi, 3 dəfə yatdı xəstəxanada, çıxanda dedi verməsələr möhür vurmayacam.
6-ci gün yoldaşımı xəstəxanaya apardıq, 650 şəkərlə komaya düşürdü, dedilər altıncı gün yarım iş günüdür, xəstəxanaya qəbul edə bilmirik. Saat 12 idi hələ. Dedilər gedin 1-ci gün gəlin.
Sığortali xəstə idi, amma qan analizi edəndə 20 manat pul alırdılar, həkimə deyəndə, deyirdi bax o dəftərə qeydiyyat aparana, öz adamıdır, sənə tanışçılıga görə pul almasam, gedib xəbər verəcək, o da məni çağırıb üzümə tüpürəcək ki, sən niyə ondan pul almamısan.
Xəstəxanada yatanlara pulsuz dərmanlar verilir qanunla, o dərmanları belə vermirdilər, gizlədirdilər, hətta tualet yumağa yuyucu vasitənin də bizə aldırırdılar.
Plazmanı oradan alanda 40 manat, doğum evindən alanda 50 manat, diaqnostikadan alanda 30 manat ödəyirdik. Deyirdim mən donor tapmışam da, qan versin, plazmaya çevirin, mən pul ödəməyim. Cavab verirdilər ki, qanı plazmaya çevirmək 55 manata başa gəlir.
Budur Naxçıvan səhiyyəsinin mənzərəsi. Hələ bu təkcə Respublika xəstəxanasındakı mənzərədir".

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt