Əsas Səhifə > Cəmiyyət, Manşet > İcra başçısı millətin torpağın atla daşıtdırıb satır

İcra başçısı millətin torpağın atla daşıtdırıb satır


14-01-2014, 15:48
İcra başçısı millətin torpağın atla daşıtdırıb satır
DİA.AZ: - Ağstafa rayonunda torpaqla bağlı ciddi narazılıq baş qaldırmağa başlayıb. DİA.AZ bildirir ki, bu barədə JAM.AZ xəbər yayıb. Portala verilən məlumata görə, buna səbəb rayonun icra başçısı Məhərrəm Quliyevlə müavini Ramiz Tatarov əlbir şəkildə torpaqları hərraca çıxararaq, onu istədikləri adamlara satmalarıdır.

Məlumatda qeyd olunur ki, hazırda Ağstafa rayonunun mərkəzində ev tikmək üçün belə torpaq tapmaq çətindir. İddia edilir ki, icra başçısı həmin ev yerlərini belə sataraq, bununla rayon camaatını çətin duruma salıb. Ona görə də, ağstafalılar məcburiyyətdən yaxınlıqdakı kəndlərə üz tutaraq, oradan torpaq əldə etməyə çalışırlar.

Maraqlıdır ki, Məhərrəm Quliyev satış işlərini həyata keçirərkən heç nəyi nəzərə almadan, bunu qonşu rayonların sakinləriylə də həyata keçirə bilir. JAM.AZ-a verilən məlumata görə, hətta Tovuz və Qazaxın imkanlı adamları belə Ağstafada geniş torpaq sahələrinə yiyələniblər.

Geri qayıt