Əsas Səhifə > Cəmiyyət, Manşet > AZAL belə... BUTA-sı ONDAN DA BETƏR...

AZAL belə... BUTA-sı ONDAN DA BETƏR...


5-01-2023, 09:39
AZAL belə... BUTA-sı ONDAN DA BETƏR...
DİA.AZ: - "Dekabrın 30-u təptəzə baqajla Bakıdan Moskvaya uçmuşam. Moskvada hava limanında baqajımı görəndə tanımadım". DİA.AZ bildirir ki, bunu "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında İntiqam Bəşirov adlı istifadəçi qeyd edir.

AZAL belə... BUTA-sı ONDAN DA BETƏR...

Daha sonra narazı vətəndaş başına gələnləri böyük qəzəblə belə ifadə edir: "Təptəzə baqajı qırıq-qırıq ediblər, yararsızdır vəziyyətdədir. #Buta -ya yazmışam, əllərində baqajın təhvil-təslim anının kadrları olmalarına və sübut üçün şəkillər və video göndərməyimə baxmayaraq kömək etməkdən və kompensasiya verməkdən boyun qaçırırlar. Onsuz da utopik bilet və baqaj qiymətləri bir yandan, hələ bir indi də özlərinin məsul olduğu fundamental məsələdən boyun qaçırırlar! Belə yiyəsiz, mundar, işbilməzlərin əlində qalmışıq!"

Dia.az bildirir ki, İ.Bəşirov eyni zamanda sübut kimi fotoları da təqdim edib:

AZAL belə... BUTA-sı ONDAN DA BETƏR...
AZAL belə... BUTA-sı ONDAN DA BETƏR...
AZAL belə... BUTA-sı ONDAN DA BETƏR...
AZAL belə... BUTA-sı ONDAN DA BETƏR...
AZAL belə... BUTA-sı ONDAN DA BETƏR...
AZAL belə... BUTA-sı ONDAN DA BETƏR...

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt