Əsas Səhifə > Cəmiyyət, Manşet > "Azəriqaz"ın vətəndaşa rəva gördüyü ŞAM İŞIĞI...
"Azəriqaz"ın vətəndaşa rəva gördüyü ŞAM İŞIĞI...2-12-2022, 10:51 |
DİA.AZ: - "Şikayətim Azəriqaz İB-dəndir. Noyabrdan qazın təzyiqi qalxmalıdır qış rejiminə uyğun verilməlidir amma artıq dekabr ayıdır qaz şam kimi gəlir". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Aytac Atakişiyeva adlı istifadəçi giley edir. Daha sonra narazı vətəndaş yazır: "104-ə yığıram deyir Xətai rayon qaz idarəsinə şikayətiniz yönləndirildi 2 aydır yığıram eyni sözü deyirlər. Deyəndə də nəticə yoxdur deyirlər bizlik bir şey yoxdur biz şikayəti yönlendiririk. Deməli, qaz idarəsi maraqlanmır məsələ ilə qaz idarəsinə yığırıq telefonu götürmürlər məşğul olur daimi. Bilmirəm hara şikayət edək ki maraqlansınlar... Kubu 25 qəpikdən pul ödəyirik, amma həmin qiymətə uyğun keyfiyyətdə qaz vermirlər. Yemək bişirmək, çimmək belə olmur bu qazla. 2 aydır bir Allahın qulu gəlib demir ki "şikayətiniz var... maraqlanmağa gəlmişik"..." İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |