Əsas Səhifə > Cəmiyyət, Manşet > "Cəlilabadda məmurlara rüşvət vermədiyimə görə..."

"Cəlilabadda məmurlara rüşvət vermədiyimə görə..."


24-11-2022, 11:14
"Cəlilabadda məmurlara rüşvət vermədiyimə görə..."
DİA.AZ: - Cəlilabad şəhər Təbriz küçəsi ev 45-də qeydiyyatda olan İsmayılov Qamət Əcəbəli oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Cənab Ali baş komandan, yazıb sizə bildirirəm ki, 30.12.1998-ci ildə idman
dərəcəsi almışam və sərbəst güləş üzrə 1-ci dərəcəli idmançıyam və orta ixtisas
təhsilli idman müəllimiyəm. 05 dekabr 2005-ci il tarixdən YAP-ın üzvüyəm,
lakin 15.03.2006-cı ildə vəsiqə almışam, buna baxmayaraq seçkilərdə və
hökümət tədbirlərində həmişə fəal olmuşam. H. Əliyevin, İ. Əliyevin və M.
Əliyevanın siyasətini dəstəkləmişəm. Ulu öndər H. Əliyevin hakimiyyəti
dövründə müstəqilliyimiz təzə qurulmuşdu bu dövrdə bəzi sağlam gənclər
hərbi xidmətdən yayınırdı, ancaq mən İsmayılov Qamət 2-ci qrup mülki əlil
könüllü olaraq, Cəlilabad rayon hərbi komissarı Novruzəli Orucovun
dovründə, Azərbaycan Respublikasının DİN-nin DQ-na hərbi xidmətə
getmişəm və bu xidmətləri mən mülki əlil kimi Azərbaycan Respublikasına
xidmət etmişəm.
Hərbidə xidmət etdiyim dövrdə DİN-nin DQ-nın baş əsgəri və çavuşu
olmuşam. Xidmət etdiyim zaman Bakı şəhər, Şəki, Qax, Zaqatala və Balakən
rayonlarında mitinqlərdə, Gürcüstan və Dağıstanla Azərbaycan Respublikası
sərhədlərində yaradılmış daxili münaqişələrdə, bundan sonra lezgi avar
respublikasını yaradmaq istəyən Hacı Maqamedov cinayətkar dəstəsinə qarşı
əməliyyatlarda iştirak etmişəm və kəllə beyin, bədən xəsarətləri almışam.
Hərbi tibb sançastında, hospitalında yatmışam və hərbidən əlil olaraq
qayıtmışam.
Bütün bunlara baxmayaraq xidmətlərimin qarşılığını gormürəm, hal
hazırda işsizəm. Hərbidən təxris olduqdan sonra, ötən illər ərzində aidiyyatı
qurumlara rəsmi şikayətlər etmişəm, lakin baxılmayıb. 2001-ci ildən 2016-cı
ilə qədər Səhiyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin və DİN-nin DQ-nın əməkdaşları mənim şikayətlərimdən bezib
mənə saxta sənədlər, əlillik qrupu vəsiqəsi verməklə mənim başımı aldatdılar.
Cəlilabad rayon və Bakı şəhər özbaşına məmurları, onlara rüşvət vermədiyim
üçün mənə yalan vədlər verir, süründürməçilik, təziqlər və hətta sui-qəsd
etdilər.
Mən də hərbi əlil kimi evlə, işlə, prezident təqaüdü ilə maşınla sığorta ilə
təmin olunmalıyam. Təəssüflər olsun ki, mənim kimi veteranların əvəzinə bəzi
saxta əlillər bütün imtiyazlarla təmin olunub, belə qanunsuzluq olmaz.
Cənab Ali baş komandan sizdən xahiş edirəm mənim hərbi və iş
hüquqlarımın bərpa olunmasına komək edəsiniz. Özüm haqqında sizə ətraflı
məlumat vermək üçün aşağıdakı qeydlərimə və mənə verilən saxta sənədləri
sizə yollayıram. Diqqət yetirməyinizi xahiş edirəm.


1. Cəlilabad r. VTEK idarəsi 2 dərəcəli xəstə kimi pensiya alırdım.
2. 12 fevral 1999-cu il Cəlilabad r. mərkəzi xəstəxanada yatmışam.Baş
həkim Sadadxan Əliyev
3. 15 may 1999-cu il Cəlilabad r. VTEK sədri Məmmədtağı Tağıyev 2-ci
qrup ömürlük pensiya verilib.

4. 19.01.2000-ci il A. R. DİN-nin DQ-na hərbiyə konüllü
getmişəm.
5. 16.07. 2001-ci ildə hərbidən təxris oldum.
6. 2001-ci ilin sentyabrında idman nazirliyinin Bakı Bədən Tərbiyəsi
kollecinə daxil olmuşam.
7. 10.07.2004-cü ildə Bakı Bədən Tərbiyəsi kollecin bitirmişəm və bədən
tərbiyəsi müəllimi ixtisası almışam.
8. kolleci qiyabi oxuyaraq, 01 yanvar 2002-ci ildə Cəlilabad r. təhsil
şöbəsinin idman məktəbində sərbəst güləş üzrə idman müəllimi işləməyə
başladım.
9. Cəlilabad r. VTEK sədri Bəhrəmov Hamil 3-cü qrup, 1 illik verilib
22.04.2010-22.04.2011-ci il.
10. Cəlilabad r. VTEK sədri İbadov Mustafa, 2-ci qrup ömürlük verilib
. 17.12.2012-ci ildə
11. Cəlilabad r. VTEK sədri Xoşbəxt Ağayev, 3-cü qrup verilib ,
03.02.2014-31.01.2015-ci ilə qədər 1-illik .
12. Cəlilabad r. VTEK sədri Xoşbəxt Ağayev, 3-cü qrup ömürlük
verilib 19.01.2015-ci ildə.
13. DİN-nin DQ-nın baş idarəsindən pensiya üçün arxiv arayışı aldım
15.05.2016-cı ildə.
14. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 15.05.2016-cı ildə pensiyam
hərbi əlil verilib, 3-cü qrup ömürlük.
15. 01.01.2014 – 31.01.2015-ci illərdə Cəlilabad r. DSMF idarəsi mudiri
Cavid İbrahimov. 3-cü qrup pensiya verilib.
16. 31. 01.2015 Cəlilabad r. DSMF idarəsi, mudiri Cavid İbrahimov 3-cü
qrup ömürlük verilib.
Cənab ali baş komandan! Ailəliyəm 2uşaq atasıyam kirayə qalıram, əziyyət
çəkirəm. Öncədən sizə dərin təşəkkürümü bildirirəm və inanıram ki, mənə
qarşı olan haqsızlıqlar aradan qalxacaq və mənə köməklik göstərəcəksiniz".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt