Əsas Səhifə > Cəmiyyət, Manşet > Bu BİZ BİZƏ olmadı... SİZ BİZƏ oldu...

Bu BİZ BİZƏ olmadı... SİZ BİZƏ oldu...


17-10-2022, 10:03
Bu BİZ BİZƏ olmadı... SİZ BİZƏ oldu...
DİA.AZ: - Başı bu gün iaşə obyektlərinə dövlət adından racon kəsmək olan Qida Təhlükəsizlik Agentliyi və İqtisadiyyat Nazirliyinin müvafiq qurumları ölkədə müştəri haqqlarını nə müdafiə edirlər, nə də bu barədə hansısa ölçü götürməyi düşünürlər. DİA.AZ bildirir ki, bunun da nəticəsidir ki, günü-gündən anoloji şikayətlər artmaqdadır.

Bu BİZ BİZƏ olmadı... SİZ BİZƏ oldu...

Elə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında bu problemə toxunan Samir Nəcəfov adlı istifadəçi başına gələn olayla bağlı müraciət edərək, ona "Biz-Bizə" restoranında təqdim olunan baha qiymətlərdən heyrətini gizlədə bilmir.

"Məlumat almaq istərdim ki, sizcə bu qiymətlər normaldır?!" deyə sual edən narazı vətəndaş aşağıdakı çekin fotosunu da təqdim edir:

Bu BİZ BİZƏ olmadı... SİZ BİZƏ oldu...

Qeyd edək ki, bu faktı müzakirə edən sosial şəbəkə istifadəçiləri daha çox dövlət qurumlarını günahkar çıxararaq, nəzarətsizlikdən giley ediblər.

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt