Əsas Səhifə > Cəmiyyət, Manşet > "Azneft" rəhbərliyi Qarabağ Qazisini İŞSİZ QOYUB

"Azneft" rəhbərliyi Qarabağ Qazisini İŞSİZ QOYUB


18-07-2022, 08:28
"Azneft" rəhbərliyi Qarabağ Qazisini İŞSİZ QOYUB
DİA.AZ: - "Bir ildən artıqdır ki, "Azneft" rəhbərliyi məni dolayısı yolla ışdən uzaqlaşdırıb". DİA.AZ bildirir ki, bu barədə Bəşirov Qalib Məhəmməd oğlu şikayətində qeyd edir.

Daha sonra narazı vətəndaş yazır: "Yəni əslində işdən bu şəkildə çıxarıblar: Boş dayamaya buraxıblar...

27 ildir ki, dənizdə çilingər işləyirdim. Özüm Qarabağ veteranıyam. Ailədə bir mən işləyirdim. 2 azyaşlı övladım var. Ailə vəziyyətim olduqca çətin durumdadır.

Cənab Prezidentin qərarına baxmayaraq məni ışdən boş dayamaya buraxıblar.

Xahiş edirəm, mənim işimlə maraqlanasınız. Öncədən təşəkkür edirəm".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt