Əsas Səhifə > Cəmiyyət, Manşet > "İnam Kərimovun kənd təsərrüfatından BAŞI ÇIXMIR..."

"İnam Kərimovun kənd təsərrüfatından BAŞI ÇIXMIR..."


8-07-2022, 11:48
"İnam Kərimovun kənd təsərrüfatından BAŞI ÇIXMIR..."
DİA.AZ: - Ötən il kiloqramı 50-55 qəpiyə satılan arpa bu il 70 qəpiyə qədər yüksələcək. Qiymət artımına səbəb məhsuldarlığın aşağı olmasıdır.
Bu barədə DİA.AZ-a Ağstafadan fermerin verdiyi məlumata görə, qonşu - Qazax, Tovuz, Şəmkir rayonlarında da məhsuldarlıq aşağıdır. Fermer: "Bölgələrdə fermerlərin bir-biri ilə əlaqələri genişdir. Arpa biçini demək olar, bütün rayonlarda yekunlaşıb. Ümumi mənzərə deməyə əsas verir ki, məhsuldarlıq istənilən səviyyədə deyil. Şəki, Bərdə, Beyləqan,Ağsu rayonlarında məhsuldarlıq qismən yaxşıdır. Görünən odur ki, bu il arpanın qiyməti azı 20 qəpik bahalaşacaq."

Qeyd edək ki, arpa dənli taxıl bitkisi kimi, əsasən, yem məqsədilə becərilir. Quşçuluq və heyvandarlıq sahəsində istifadə olunur.

DİA.AZ-a danışan fermer bildirir ki, gözlənilən bahalaşma məhsuldarlığın aşağı olması ilə əlaqədardırsa, məhsuldarlığın aşağı olması da KTN-nin fermerləri sahibsiz buraxması ilə bağlıdır.

Sahibkar deyir: "Əslində hökumət yaxşı məhsul götürmək istəyirsə, ilk başdan kənd təsərrüfatı nazirliyinə işi bilən adamı gətirməlidir. Görürük ki, İnam Kərimovun kənd təsərrüfatından başı çxımır. Adam 5 ildir nazir postundadır, hələ də öyrənə bilməyib.

Öyrəndikləri pul qazanmaqdır. Onunla da məhsuldarlıq olmur".

Dia.az bildirir ki, fermerlər KTN xətti ilə hansı mənimsəmələrin həyata keçirildiyini də redaksiyamıza açıqlayıblar. Bu barədə geniş yazımız olacaq. Bizi izləməyə davam edin.

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt