Əsas Səhifə > Cəmiyyət, Manşet > Ramiz Mehdiyevə yaxın olan icra başçıları...

Ramiz Mehdiyevə yaxın olan icra başçıları...


31-05-2022, 11:29
Ramiz Mehdiyevə yaxın olan icra başçıları...
DİA.AZ: - Yaxın günlərdə rayon icra başçıları ilə bağlı yekun qərar veriləcək. Bu barədə DİA.AZ-a danışan mənbə iddia edir ki, hələlik Qarabağdan start götürən yeni regional idarəetmə üsuluna bütün ölkə miqyasında keçid nəzərdə tutulmasa da, sözügedən prosesə tədarük işləri də paralel olaraq davam etdiriləcək.

Mənbə dia.az-a bildirir ki, buna qədərsə bir neçə RİH başçısı ilə erkən vidalaşmağa hazırlaşan yuxarı dairələrin planında konkret olaraq Lənkəran, Astara, Samux, Qusar və Goranboy rayonlarının rəhbərlərinin yola salınması ilk yerdə dayanır.

Mənbənin söylədikləri: "Taleh Qaraşov, Qəzənfə Ağayev, Alı Qocayev, Şair Alxasov və Məhərrəm Quliyev kimi icra başçıları əslində köhnə dönəm üçün xarakterik olmaları ilə yanaşı konkret olaraq mənsub olduqları qruplaşma mövcuddur".

Mənbənin iddialarına görə, onlar keçmiş PA şefi Ramiz Mehdiyevin kadrları hesab olunduqlarından barələrində gediş qərarı təxirəsalınmaz formada icra olunacaq.

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt