Əsas Səhifə > Cəmiyyət, Manşet > Qəzənfər Ağayevin bu kənddən XƏBƏRİ VARMI?

Qəzənfər Ağayevin bu kənddən XƏBƏRİ VARMI?


2-03-2022, 11:48
Qəzənfər Ağayevin bu kənddən XƏBƏRİ VARMI?
Astaranın ucqar dağ kəndi olan Hamoşamda kənd camaatı sosial vəziyyətlərinin ağır olmasından şikayət edirlər. DİA.AZ–ın məlumatına görə, sakinlər bildirirlər ki, hər il olduğu kimi bu qış da qazsız, yolsuz, yoxsul yekunlaşır:
“Biz kənddə hər zaman çətinliklə yaşamışıq. 30 ildir bizə qaz verilmir. 200-300 manat oduna pul veririk... Hər dəfə o pulu hardan alaq? Feyziyevlər kimilərinin pulları İngiltərədə çürüyür. Bizə də versinlər, qəpik-quruşdan... Biz də insan kimi yaşamaq istəyirik!”.
Kənddə mağaza işlədən sahibkar deyir ki, insanların dolanışığı çox aşağıdır, elə ailələr var ki, illərlə borcu ödəyə bilmir:
“Bu nisyə dəftərində 400-500 adamın adı var. Eləsi var iki ildir borcu ödəyə bilmir. Hərənin 100,200, hətta 500 manat borcu var. Baxın, insanlar necə çətinliklə, yaşayırlar. Elə ailələr var ki, 6-7 nəfərdirlər, 1-i də işləmir. Bəs bu insanlar 40 manat verib 1 kisə unu necə alsın?!”.
Hamoşam camaatının dərdi tək bununla bitmir... Onlar sosial yardım ala bilmədiklərindən, dərman almağa imkanlarının olmadıqlarını da deyirlər.

Geri qayıt