Əsas Səhifə > Cəmiyyət, Manşet > "Baku Electronics"dən mal alarkən 100 ÖLÇÜN, 1000 BİÇİN...

"Baku Electronics"dən mal alarkən 100 ÖLÇÜN, 1000 BİÇİN...


17-02-2022, 11:33
"Baku Electronics"dən mal alarkən 100 ÖLÇÜN, 1000 BİÇİN...
DİA.AZ: - "Şikayətim “Baku Electronics”-dəndir. 2 il qabaq bu mağazalar şəbəkəsinin Nərimanov filialından "Acer Swift 3, 8ram, 256ssd" yaddaşlı noutbooku 1799 azn-ə almışam". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Kamran Əzizzadə adlı istifadəçi giley edir.

"Baku Electronics"dən mal alarkən 100 ÖLÇÜN, 1000 BİÇİN...

Daha sonra narazı vətəndaş yazır: "Düzü, çox razı idim heç bir problem yox idi, yaxşı da işliyirdi. Ancaq bu yaxınlarda bəzi səbəblərdən kompüteri format etməli oldum və sistemdə yenilənmə gedəndən sonra fikir verdim ki, 8 ram yox 4 ram imiş.

Halbuki hər dəfə baxırdım və görürdüm 8 olduğunu sonra daha dəqiq bilmək üçün noutbookun arxasını açdım və baxdım ki, 8 ramı çıxardıb 4 ram qoyulub satılıb.

Sadəcə əlimdə heç bir sənəd qalmadığından, çoxdan aldığımdan gedib rəsmi şikayət ünvanlaya bilmədim. Burda yazmağda səbəb isə budur: Siz də alanda aldanmayın... Aldığınız hər şeyi gərək yoxlayasınız..."

"Baku Electronics"dən mal alarkən 100 ÖLÇÜN, 1000 BİÇİN...
"Baku Electronics"dən mal alarkən 100 ÖLÇÜN, 1000 BİÇİN...

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...


Geri qayıt