Əsas Səhifə > Cəmiyyət, Manşet > Yola salınacaq məmurların SİYAHISI HAZIRLANIR

Yola salınacaq məmurların SİYAHISI HAZIRLANIR


14-09-2022, 11:54
Yola salınacaq məmurların SİYAHISI HAZIRLANIR
DİA.AZ: - Bir neçə gün əvvəl məlumat verərək bildirmişdik ki, 3 rayonun - Astara, Samux və Qusar rayonlarının rəhbərlərinin dəyişdirilməsi gözlənilir. Bununla bağlı DİA.AZ-a hökumətdəki mənbədən yeni informasiyalar daxil olub.

Xəbəri verən qaynaq iddia edir ki, sözügedən rayonların rəhbərlərinin adları dəyişdiriləcək RİH başçıları sırasında ilk yerdədir, amma siyahı onlarla məhdudlaşmır.

Mənbənin dia.az-a söylədikləri: "Təkcə icra başçıları yox, 40-a yaxın mühüm post tutan vəzifə sahiblərinə gələn il "əlvida" deyiləcək. Onların sırasında bir nazir də var. Proses tədrici xarakter daşıyacaq və ola bilsin ki, bəzilərilə bağlı sərt cəzalar verilsin.

Doğrudur, son zamanlar büdcədən pul oğurlayanlara qarşı hüququn sərt üzü nümayiş olunmur, yəni bəzi hallarda onlar dəyən zərəri ödəmələri səbəbindən hətta azadlığa da buraxılırlar. Amma onların sırasında elələri var ki, barələrində həbs qərarı mütləq şəkildə veriləcək".

Xatırladaq ki, bir neçə gün əvvəl "Yeni Müsavat" qəzetində Kənd Təsərrüfatı Naziri İnam Kərimovun görəvdən alınacağı iddia olundu.

Əlavə bilgilərimiz olacaq bizi izləməkdə davam edin...


Geri qayıt