Əsas Səhifə > Cəmiyyət, Manşet > Şair Alxasovun CƏDDİ...

Şair Alxasovun CƏDDİ...


20-07-2021, 16:17
Şair Alxasovun CƏDDİ...
DİA.AZ: - Hələ keçən günlərdə yaydığımız informasiyada qeyd olunurdu ki, Qusar sakinləri yerli rayon icra hakimiyyətinin başçısı Şair Alxasovdan şikayət etməklə yanaşı, onunla bağlı hansısa tədbirin görüləcəyinə ümid etmədiklərini də ifadə etmişdilər. DİA.AZ-a vətəndaşlar adından daxil olan yeni müraciətdədə eyni məqama toxunulur.

Sakinlər dia.az-a yazırlar: "Şair Alxasov bu gün Qusar sakinlərinə qənim kəsilib. Bu faktdır. Həm də o faktdır ki, Alxasovdan edilən hansısa şikayət ya ünvanına çatmır, ya da rəsmən qulaqardına vurulur.

Ona görə də Şair Alxasov bu gün Qusarda özünü hakimi-mütləq hesab edir".

Sakinlər dia.az-a yazırlar ki, Şair Alxasovla bağlı etdikləri şikayətinin nəticəsi olmur. Qeyd edək ki, keçənlərdə də edilən müraciətlərdə bildirilirdi ki, Şair Alxasovun dövlət qarşısında hansısa xidmətinin olması səbəbindən onunla bağlı sərt tədbirlərin görülməsi gözlənilən deyil.

Xatırladaq ki, bu xidmətin nədən ibarət olduğunu müəyyən edə bilməsək də Alxasovun hələ 2018-ci ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunduğunu bilirik.

DİA.AZ-a yazan sakinlər saytımız vasitəsilə Prezidentdə müraciət edərək qeyd edirlər ki, Şair Alxasov bu gün Qusar camatını təkcə su ilə sınağa çəkmir (dünən bu barədə məlumat paylaşmışdıq -red.), ümumiyyətlə Qusarda bu gün yaşam uğrunda mübarizə gedir:

"Nə camaatda pul var... nə də pul qazana bilməyə yer. Torpaqlar da Alxasovun yaxınlarının, Bakıdakı məmurların əlindədir... İnbdi kasıb kəndli necə dolanmalıdır?"

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...


Geri qayıt