Əsas Səhifə > Cəmiyyət, Manşet > Azərbaycanda daha bir “sirli ünvan” üzə çıxdı

Azərbaycanda daha bir “sirli ünvan” üzə çıxdı


25-11-2020, 15:06
Azərbaycanda daha bir “sirli ünvan” üzə çıxdı
328 saylı hərbi hissə tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Ruklon Az Ltd” MMC olub.
328 saylı hərbi hissə tərsanə üçün mal-materialın və ehtiyyat hissələrinin satın alınması üçün “Ruklon Az Ltd” MMC -yə 192 min 651 manat 56 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, 328 saylı hərbi hissə müsabiqə elanını oktyabr ayının 22-də elan edib. 192 min manatlıq tender müsabiqəsinin qalibi olan “Ruklon Az Ltd” MMC bu elandan təxminən bir ay əvvəl – sentyabr ayının 11-də dövlət qeydiyyatına alınıb.
Maraqlı məqamlardan biri də odur ki, “Ruklon Az Ltd” MMC -nin dövlət qeydiyyatına alındığı ünvanda yaxın tarixlərdə bir-neçə şirkət qeydiyyata alınıb və bu şirkətlərin qanuni təmsilçiləri də eyni şəxslər olub.
“Ruklon Az Ltd” MMC ilə birgə “Nizami rayonu, Məşədi Hilal Kazımov, ev 40” ünvanında qeydə alınan şirkətlərin bəziləri bunlar olub:

Azərbaycanda daha bir “sirli ünvan” üzə çıxdı
Azərbaycanda daha bir “sirli ünvan” üzə çıxdı

Onu da bildirək ki, 328 saylı hərbi hissə son 2 ayda daha 3 tender müsabiqəsi keçirib. Bu tenderlərdə diqqət çəkən məqam odur ki, bütün tederlərdə qalib olan şirkətlər bir-iki ay əvvəl yaranan şirkətlər olub.
189 min 800 manatlıq tenderin qalibi – “Aysom az Ltd” MMC 29.07.2020-ci il tarixində,
187 min 605 manatlıq tenderin qalibi – “Sarmerdi” MMC 13.08.2020-ci il tarixində,
188 min 548 manatlıq tenderin qalibi – “Mardon Servis” MMC isə 10.08.2020-ci il tarixində dövlət qeydiyyaına alınıblar.
Diqqət çəkən məqamlardan biri də, “Ruklon Az Ltd” MMC-nin qanuni təmsilçisi Skvortsov Arkadiy Sergeyeviçin “Aysom az Ltd” MMC-nin qeydiyyatda olduğu - “Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72” ünvanda da başqa bir şirkəti qeydiyyatdan keçirməsidir. 08.09.2020-ci il tarixində Skvortsov Arkadiy Sergeyeviç “2-ci Zabrat dairəsi ev.133 m.72” ünvanında “Okean az Grup” adlı şirkəti qeydiyyatdan keçirib.
Qeyd olunan ünvanda qeydiyyatdan keçən şirkətlərin siyahısı ilə BURDAN (https://www.yeniavaz.com/az/news/153950/sirli-unvandaki-sirketler-uze-cixmaga-basladi-ilk-sirket-75-min-manat-uddu-fotofakt) tanış ola bilərsiniz.
Bundan başqa 328 saylı hərbi hissənin keçirdiyi tenderlərin qalibi olan “Sarmerdi” MMC və “Mardon Servis” MMC-nin hər ikisi eyni hüquqi ünvanda – “Nərimanov rayonu, Fətəlixan Xoyski pr., ev 138A, m. 52” dövlət qeydiyyatına alınıb.
“Mardon Servis” MMC-nin qanuni təmsilçisi Şotayeva Həqiqət Əliheydər qızı eyni ünvanda, eyni tarixdə (10.08.2020) daha bir şirkəti (Milani 2020” MMC) qeydiyyatdan keçirib.
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Cəmi ay yarım əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bir şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.

Azərbaycanda daha bir “sirli ünvan” üzə çıxdı

Geri qayıt