Əsas Səhifə > Cəmiyyət, Manşet > Əlillərin demək olar ki, çoxuna mənzil verilibdir, amma...

Əlillərin demək olar ki, çoxuna mənzil verilibdir, amma...


13-11-2020, 09:58
Əlillərin demək olar ki, çoxuna mənzil verilibdir, amma...
DİA.AZ: - Ağstafa rayonu, Aşağı Kəsəmən kənd sakini Mustafayev Cəlil Məmməd oğlu ikinci qrup Çernobıl əlilidi. Sovet dönəmində, həm Azərbaycan Respublikasının Əmək və Əhalinin sosial müdafiəsi Nazirliyinin nəzdində, həm də Ağstafa rayon İcra Hakimiyyətinin nəzdində mənzil növbəsindədir.

DİA.AZ-a bildirilənə görə, 2007-ci ildə növbəsi çatan zaman Ağstafa rayon İcra Hakimiyyəti tərəfindən ondan istədiyi məbləği ala bilmədikləri üçün mənzili başqasına verdilər. Cəlil Mustafayevdən sonra növbədə duran əlillərin demək olar ki, çoxuna mənzil verilibdir. Ancaq o, yenə də öz növbəsində qalıb. Həmçinin, avtomobillə təmin olunmaq üçün də aidiyyatı üzrə növbədədir. Ancaq avtomobil də hələ ki, verilməyib. Bununla bağlı Cəlil Mustafayev dövlət başçısına da müraciət edib.Təəssüflər olsun ki, hələ də Cəlil Mustafayev nə avtomobil, nə də mənzillə təmin edilməyib.

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt