Əsas Səhifə > Cəmiyyət, Manşet > "Azəriqaz"da daha bir qalmaqal...
"Azəriqaz"da daha bir qalmaqal...30-08-2019, 15:59 |
ƏƏSMN yanında Dövlət Əmək Müvəttişliyinin 23 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi "Azəriqaz"ın rəhbəri Əkbər Hacıyevi qanunsuzluqda ittiham edib. Mia.az xəbər verir ki, bu barədə müfəttişliyin rəisi Həmid Ədhəmovun avqustun 27-də Dövlət Əmək Müvəttişliyinin rəisi vəzifəsini icra edən Fuad Heydərova yazdığı məktubda bildirib. Məktubunda rəis "Azəriqaz"ın 2-ci qrup Qarabağ əlili olan işçisi Əhməd Rəhmanovun işdə üzləşdiyi haqsızlıqlarla bağlı şikayəti üzrə araşdırma aparıldığını vurğulayaraq, əmək haqlarının düzgün hesablanmaması və digər qanunsuzluqların aşkarlandığını qeyd edib. Rəis əlavə edib ki, bu və ya digər qanunsuzluqlarla bağlı "Azəriqaz"ın Baş direktoru Əkbər Hacıyev haqqında inzibati xəta haqqında protokol tərtib edilib. Geri qayıt |