Əsas Səhifə > Cəmiyyət > Daha 2 yerdə ağac qaz xəttinin üstünə aşdı

Daha 2 yerdə ağac qaz xəttinin üstünə aşdı


5-08-2019, 16:39
Daha 2 yerdə ağac qaz xəttinin üstünə aşdı
DİA.AZ: - Axşam saatlarında Nəsimi rayonu, S.Rüstəm küçəsində küclü külək ağacı orta təzyiqli qaz kəmərinin üzərinə aşırıb. Nəticədə qaz xətti onu saxlayan dirəklərdən qopub. Lakin qaz sızması baş vermədiyindən təchizatda fasilə yaranmayıb. Hazırda ərazi ağac qalıqlarından təmizlənir, bundan sonra dərhal qaz xətti əvvəlki vəziyyətinə qaytarılacaq.

DİA.AZ xəbər verir ki, daha bir halda isə ağac Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “ATV plyus” kabel televiziyasının sayğacının üzərinə aşaraq onu zədələyib. Sayğac yarasız hala düşüb.

Geri qayıt