Əsas Səhifə > Cəmiyyət, Manşet > Bu 4 icra başçısı rəsmən İNAD EDİR

Bu 4 icra başçısı rəsmən İNAD EDİR


25-11-2022, 11:50
Bu 4 icra başçısı rəsmən İNAD EDİR
DİA.AZ: - Hələ keçən günlərdə məlumat verərək bildirmişdik ki, yaxın günlərdə bir neçə rayonun icra başçısı vəzifəsindən uzaqlaşdırılacaq. Görünəni odur ki, bu yöndə ciddi irəliləmə baş verməyib. Adları çəkilən, daha dəqiqi gedəcəyi barədə fikirlər yayılan icra başçıları hələ də yerindədir.

DİA.AZ olaraq vəzifədən alınacaqları xeyli müddətdir anons edilən başçıların adlarını bir daha xatırladırıq:

- Tovuzun icra başçısı Məmməd Məmmədov
- Astaranın icra başçısı Qəzənfər Ağayev
- Samuxun icra başçısı Alı Qocayev
- Qəbələnin icra başçısı Səbuhi Abdullayev

Bununla bağlı dia.az-a danışan mötəbər mənbə iddia edir ki, eyni zamanda Bakının bir rayonunda da dəyişiklik olacaq: "Amma adları çəkilən 4 başçı "rəsmən inad edir" də deyə bilərik... Lakin yenə də əsas söz ali siyasi iradədədir".

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...

Geri qayıt