Əsas Səhifə > Cəmiyyət, Manşet > "Məni qəbul edən olsa..."

"Məni qəbul edən olsa..."


14-02-2019, 11:25
"Məni qəbul edən olsa..."
Goranboy rayonu Qızılhacılı qəsəbə sakini Eminov Neman Bayram oğlu ölkə rəhbərliyinə, habelə təhsil naziri ceyhun Bayramova müraciət ünvanlayıb. Narazı vətəndaş yazır:

"Mənə qarşı Goranboy RTŞ- nin müdiri cənab Səxavət Məmmədov haqsızlıq, ədalətsizlik edir. Goranboy rayon təhsilində vəziyyət çox acınacaqlıdır. Bu rayonun təhsilində kifayət qədər özbaşnalıqlar, qanunsuz hərəkətlər, məmur özbaşnalıqı hökm sürür. Təhsil nazirliyinin həyata keçirdiyi qanunlara , verdiyi əmrlərə qarşı zidd hərəkətlər edilir. Nə səbəbə nöqsanlar araşdırılmır ? Belə halların baş verməsinə Təhsil nazirliyimi şərait yaradır ?

Mənim 05 il pedaqoji iş stajım var, ali təhsilliyəm, ixtisasım üzrə müxtəlif kurslardan, xüsusilə ixtisasartırma kurslarından keçmişəm. Əsassız olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmuşam. Məni işdən azad edən işlədiyim Qızılhacılı qəsəbə 1 saylı tam orta məktəbinin sabiq direktoru Mətanət Əliyeva məni əsassız işdən azad etdiyinə görə Təhsil naziri cənab Ceyhun Bayramovun əmri ilə yol verdiyi inzibati nöqsanlara görə vəzifəsindən azad olunmuşdur.

Goranboy RTŞ –nin müdiri cənab Səxavət Məmmədov ƏM-nin 70- ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmağımı bəhanə gətirərək məni pedaqoji sahəyə işə qəbul etmir. Mənimlə qanundan danışır. Goranboy RTŞ-də, tabeliyində olan ümumtəhsil məktəblərində qanunsuz işə qəbullar, digər neqativ hallar var. Nə səbəbə bu barədə hörmətli Səxavət müəllim qanunlardan istifadə etmir?

Məndə kifayət qədər faktlar var, sadəcə araşdıran yoxdur. Məni qəbul edən olsa baş verənləri ətraflı Sizin nəzərinizə çatdıraram, şahidi olarsınız.

Mənim Qızılhacılı qəsəbə 1 saylı tam orta məktəbinin halhazırda direktor vəzifəsində çalışan cənab Qabil Həsənovdan heç bir narazılığım, şikayətim yoxdur, hörmətli Qabil müəllim səlahiyyətləri çərçivəsində mənə əlindən gələn köməkliyi göstərir. Mənim narazılığım məni pedaqoji sahədə çalışmağıma həsrət edən Goranboy RTŞ-nin müdiri cənab Səxavət Məmmədovdur.

Mən hörmətli Goranboy RTŞ –nin müdirinin mənə qarşı etdiyi haqsızlıqlara, ədalətsizliklərə tab gətirə bilmirəm, anam şəkərli diabet, atam ağır xəstədir, ali təhsilli ola-ola ortalıqda qalmışam , xəstə valideynlərimə maddi dəstək göstərə bilmirəm, mənə köməklik olunmur, bu səbəblərə görə özümü İNTİHAR etməyi qərarlaşdırmışam". \\teref.az\\

Dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt