Əsas Səhifə > Cəmiyyət > 4 nəfərin qollarına qandal vuruldu

4 nəfərin qollarına qandal vuruldu


23-01-2019, 17:18
4 nəfərin qollarına qandal vuruldu
DİA.AZ: - DİN Mətbuat Xidmətindən DİA.AZ-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Novxanı qəsəbə sakinləri Ülvi Əliyev, Mehman Mərdanov, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Xalid Şəmsiyev və Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Pənah Cəbiyev saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür.

Faktlarla bağlı araşdırmalar aparılır.

Geri qayıt