Əsas Səhifə > Cəmiyyət, Manşet > Ermənilərin yeni HOQQASI
Ermənilərin yeni HOQQASI26-10-2018, 09:29 |
DİA.AZ: - Son günlərdə sosial şəbəkələrdə erməni milliyyətindən olan istifadəçilər tərəfindən «Azərbaycan+Armeniya=love» qeydləri ilə hansısa tədbirlərin birində azərbaycanlılarla birgə cəkdirilmiş fotoşəkillər paylaşıllb və bu, müzakirələrə səbəb olub. Etibarlı mənbələrdən DİA.AZ-a daxil olan məlumata görə, cari ilin oktyabr ayının 11-14-də beynəlxalq donor təşkilatların maliyyə dəstəyi əsasında sülh təşəbbüslərinin dəstəklənməsi məqsədilə Tiflis şəhərində Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə tədbirlər keçirilib. Həmin toplantıda qondarma «Dağlıq Qarabağ» nümayəndələri müstəqil tərəf kimi çıxış edib. Ermənilərdən fərqli olaraq, toplantıya qatılan Azərbaycan nümayəndə heyəti əsasən az təcrübəsi olan və beynəlxalq tədbirlərdə iştirak etməmiş gənclərdən ibarət olduğu üçün müzakirələr zamanı həmvətənlilərmiz bir çox mübahisəli məsələlərdə qeyri-aktiv olub və debatlar əks tərəfin açıq üstünlüyü şəraitində keçib. Bununla yanaşı, erməni tərəfi öz aqressiv ritorikası, Millii Qəhrəman Allahverdi Bağırovun baş daşının sındırılması və dinc əhaliyə qarşı həyata keçirilən təxribatlarını aprel döyüşlərindən sonra yaranan vəziyyəti – «öz haqlarının müdafiəsi» kimi izah ediblər. Azərbaycan dövlətinin bütün rəsmi danışıqlar zamanı qondarma «Dağlıq Qarabağ»ı tərəf kimi qəbul etməkdən imtina etməsinə baxmayaraq, tədbir təşkilatçıları həmin bölgədən olan erməniləri “müstəqil iştirakçı” kimi təqdim edib və onların mövqelərinin müdafiəsi üçün şərait yaradıb. Ölkəmizin ədalətli mövqeyi ilə bağlı məsələlərin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyətinin diqqətini yayındırmaq məqsədilə erməni tərəfi əsas səylərini birgə tamaşaların və gəzintilərin təşkilinə, eləcə də eyş-işrət məclislərinin keçirilməsinə sərf etmişdir. Hazırda Azərbaycan cəmiyyətini toplantının maliyyələşdirilməsini həyata keçirən beynəlxalq təşkilatların tədbirin yarıtmaz səviyyədə və açıq-aşkar anti-Azərbaycan səpkidə keçirilməsi, Azərbaycanın mili maraqları və rəsmi mövqeyi ilə üst-üstə düşməməsi, eləcə də əhali tərəfindən narazılıqla qarşılanmasından xəbərdar olması maraqlandırır. Cünki bu faktlar yayılacağı təqdirdə həmin qurumların nüfuzunun aşağı salınması, onlara etibarın düşməsi və cəmiyyətdə deskriditasiya olunması ilə nəticələnə bilər. Geri qayıt |