Əsas Səhifə > Cəmiyyət, Manşet > Fuad Muradov kütləvi islahatlara başladı

Fuad Muradov kütləvi islahatlara başladı


2-05-2018, 10:49
Fuad Muradov kütləvi islahatlara başladı
Diasporla İş üzrə Dövlət Komitəsinə yeni rəhbər təyin edilən Fuad Muradov qurumda kütləvi islahatlara başlayıb.

GoldNews.Az-ın əldə etdiyi məlumata görə, yeni sədr, xüsusən şöbə müdirlərinə işdən çıxmaları barədə istefa ərizəsi yazmaları barədə tapşırıq verib.

Mənbənin məlumatına görə, bunu görən şöbə əməkdaşları da müdirləri ərizə yazdıqları üçün könüllü şəkildə işdən çıxmaq üçün ərizələr yazmağa başlayıblar. Komitənin tərkibinin yenidən formalaşdırılacağı bildirilir.

Qeyd edək ki, Fuad Muradov Prezidentin sərəncamı ilə bir neçə gün əvvəl Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin edilib. O, bu vəzifədə Nazim İbrahimovu əvəzləyib.

Geri qayıt