Əsas Səhifə > Cəmiyyət > Qaçırtdığı avtomobillə birgə saxlanıldı

Qaçırtdığı avtomobillə birgə saxlanıldı


31-03-2018, 13:00
Qaçırtdığı avtomobillə birgə saxlanıldı
DİA.AZ: - Martın 30-da DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Sumqayıt şəhəri ərazisindən avtomobil qaçırılması barədə məlumat daxil olub. Araşdırmalarla şəhər sakini Yavər Cahangirovun “Mercedes” markalı avtomobilinin 4-cü mikrorayon ərazisindən qaçırıldığı müəyyən edilib.

DİA.AZ-a Daxili İşlər Nazirliyindən verilən məlumatda deyilir ki, polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Orxan Xanlarov avtomobillə birgə saxlanılıb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Geri qayıt