Əsas Səhifə > Cəmiyyət, Manşet > "Oğlum əfv olunmasa, məni bir daha görə bilməyəcək"

"Oğlum əfv olunmasa, məni bir daha görə bilməyəcək"


9-03-2018, 13:15
"Oğlum əfv olunmasa, məni bir daha görə bilməyəcək"
DİA.AZ: - Hazırda övladı məhbəs həyatı yaşayan Ağdam rayonu, Xıdırlı kəndində doğulan 65 yaşlı Behbudova Xatirə Şəkəralı qızı prezident İlham Əliyevə təkrar müraciət ünvanlyıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə məcburi köçkün həyatı yaşayan X.Behbudova ağır xəstəlik keçirdiyini bildirir və hazırda həbsdə olan oğlunun əfv olunması üçün prezidentdən imdad diləyir.

Xatırladaq ki, müraciət müəllifinin həbsdə olan övladı Faiq Behbudov da ayrı-ayrı dövlət nümayənədələrinə artıq müraciətlər edib. Həmin müraciətlərin sonuncusu ilə buradan tanış ola bilərsiniz: http://www.dia.az/8/169204-mehbes-heyati-yashayan-mecburi-kochkun-ramiz-mehdiyeve-ve-qachqinkom-rehberine-muraciet-etdi.html

Xatirə Behbudova isə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə və 1-ci Vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edib: http://www.dia.az/8/170268-amma-yene-de-men-ananin-gozleri-yoldadir.html http://www.dia.az/7/169600-agdamli-ana-mehriban-eliyevadan-imdad-diledi.html

DİA.AZ-a daxil olan son müraciətində isə X.Behbudova prezident İlham Əliyevə ürəkdağlayan ifadələrlə müraciət edir: "Mən ağır xəstəlikdən əziyyət çəkirəm. Əgər övladım əfv olunmazsa, ola bilsin ki, o, məni bir daha görə bilməsin. Cənab prezident! Sizə bir məcburi köçkün, bir ana kimi xahiş edirəm ki, övladımın azadlığa çıxmasına köməklik edəsiniz".

Qeyd edək ki, Behbudov Fuad Natiq oğlu Xətai rayon Məhkəməsinin 29.09.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib. Səbəbi bir neçə ağacın ev tikmək məqsədilə kəsilməsidir. Artıq dövlətə dəyən ziyan da ödənilib. Amma buna baxmayaraq ağır cinayət törətməyən Behbudov həbsxanada saxlanılır.

Geri qayıt