Əsas Səhifə > Cəmiyyət, Güney Press, Manşet > Marketdən aldığı şokoladın içindən qurd çıxdı

Marketdən aldığı şokoladın içindən qurd çıxdı


12-08-2017, 16:01
Marketdən aldığı şokoladın içindən qurd çıxdı
Nəcəfquli Rəfiyev küçəsində yerləşən “Neptun” Supermarketindən alınmış şokolad qurdlu çıxıb.

Bu barədə “Qafqazinfo”ya müraciət edən alıcı uşaq şokoladı yeyərkən onun qurdlandığını gördüyünü deyib:

“1 yaşlı uşaq şokaladı yeyərkən onun qurdlandığını gördük. Dərhal uşağı özəl xəstəxanaların birinə apardıq. “Neptun” Supermarketlər şəbəkəsindən alış-veriş edən insanlara bildirmək istəyirəm ki, diqqətli olsunlar”, - deyə şikayətçi vurğulayıb.

Marketdən aldığı şokoladın içindən qurd çıxdı
Marketdən aldığı şokoladın içindən qurd çıxdı

Geri qayıt