Əsas Səhifə > Cəmiyyət, Manşet > Eldar Mahmudovun qohumuna rüşvət ittihamı
Eldar Mahmudovun qohumuna rüşvət ittihamı30-03-2017, 10:46 |
Bir neçə ildir ki, davam edəm muğam müsabiqəsi ərtafında ziddiyətli fikirlər, qalmaqallar da davam edir. Sonuncu qalmaqal muğam müsabiqəsinin münsiflər heyətiinin tərkibini müəyyələşdirən zaman baş vermişdi. Belə ki, məhşur xanəndə, müsiflərin üzvü olan Ağaxan Abdullayevin yerinə yeni üzvün seçilməsi zamanı baş verdi. Və Canəli Əkbərovun münsiflər heyətində təmsil olunmaq iddiası çox ciddi müqavimət və etirazla qarşılandı. Yəni digər münsiflər onun bu heyətə qatılmasına razı olmadıqlarına görə, Canəli Əkbərovla münsiflər arasına ciddi qalmaqal və qarşıdurma yarandı. İkinci yadda qalan ciddi qalmaqal isə münsiflərin üzvü olan Əlibaba Məmmədovun müsabiqədə iştirak edən iştirakçıların ballarını qəsdən kəsməsi ilə bağlı olub. Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Əli Nur Xalq artisti, Muğam müsabiqəsinin münsiflər heyətinin üzvü Əlibaba Məmmədovu ağır ittiham edib. Aktyor tamaşaçıların və münsiflər heyətinin yüksək bal verdiyi müsabiqə iştirakçılarının ballarının Əlibaba Məmmədov tərəfindən qəsdən kəsildiyini vurğulayıb: “Muğam müsabiqəsində zildə səsi olmayan Əlibaba Məmmədov həmişəki kimi zil səsli gəncləri qısqanır. Bu paxıllıqdır. Sizin yaşa bu ayıbdır. Səsin enerjisi səhnə üçün vacibdir. Əlibaba müəllim dəfələrlə tamaşaçıların və münsüflər heyətinin yüksək bal verdikləri müğənninin ballarını qəsdən, arqumentsiz kəsib. Səbəbi? Niyə görə?” Xalq artisti Əlibaba Məmmədov isə açıqlamasında məsələ ilə bağlı danışmaq istəmədiyini bildirib və deyib ki, mən heç nə bilmirəm, danışmayacam. Odur ki, məsələnin daha ilginc səbəbləri var. Bu barədə adının çəkilməsini istəməyən bir neçə Muğam müsabiqəsi iştirkaçıları deyib. Onlar Gununsesi.info-ya açıqlamalarında layihə rəhbəri Nadir Axundovu rüşvətdə ittiham edib. Onlar deyiblər ki, bütün bu işlərin başında Muğam müsabiqəsi layihəsinin rəhbəri, “Mədəniyyət” telekanalının direktor müavini Nadir Axundov dayanır. Qeyd edək ki, N.Axundov 2015-ci ilədək AzTV-də Musiqi verilişləri departamentinin rəhbəri vəzifəsində çalışıb və işində ciddi nöqsanlara yol verdiyinə görə vəzifəsindən çıxarılıb. Bir müddət sonra o, “Mədəniyyət” kanalının direktor müavini təyin edilib. Məhz Nadir Axundov hansı iştirakçını istəyirsə münsiflər də həmən iştirakçıları qalib edir. Bildirdilər ki, hələ Muğam müsabiqəsinə start verilən və yerlərdə seçim turları keçirilən zaman Nadir Axundov iştirakçılar arasında ədalətsizliyə yol verib. O, istedadlı gəncləri kənarda qoyub, kim rüşvət veribsə onu da seçdirib. Düzdür bu hamıya şamil edilməsə də bir sıra müsabiqə iştirakçısının məhz pul verərək yarışda iştirak etdiklərini bildiriblər. Ona görə də münsiflər layihə rəhbərinin göstərişinə uyğun hərəkət edərək, iştirakçılara bal verir. Hələ 2013-cü ilə məhrum xalq artisit İlhamə Quliyeva onun ünvanına sərt ittihamlar səsləndirib.Xalq artisti Nadir Axundovu sənətdən xəbərsiz olmaqda ittiham edib: “Mən Nadir Axundovdan nə uma bilərəm? Nadir Axundov bir əzrayıldı, düşüb dövlət televiziyasının məkanına. O, fleyta çalandı, fleyta çalan haradan biləcək ki, İlhamə Quliyevanın sənəti nədir? Yaxşı olar ki, o, getsin öz fleytasını çalsın. Nadir Axundov dövlət telekanalında mənə və mənim kimi bir neçə sənətkara qadağa qoyub. Ona bu haqqı kim verir? Çıxsın ortaya ki, görək, bu sənətdə Nadirin əməyi çoxdur, yoxsa bizim?” bu arada onu da xatırladaq ki, Nadur Axundov sabiq MTN rəhbəri Eldar Mahmudovun yaxın qohumudur. Mahmudovun nazir olduğu dönəmdə Mədəniyyət və turizm nazirliyinin habelə, AzTV rəhbərliyinin qapısını az qala təpiklə açan bu adam hər istəyinə nail olurdu. Dövlətinə, prezidentinə xəyanət yolunu tutan Eldar Mahmudov və MTN-dəki dəstəsi ifşa edilsə də Nadir Axundov hələ də öz işindədir. Düzdür ki, hüquqi dövlətdə məsuliyyət fərdidir. Ancaq Azərbaycan reallıqlarında bu, belə olmayıb. Odur ki, Nadir Axundovun işində saxlanılması bir sıra suallar ortaya çıxarır. Bu barədə növbəti araşdırmalarımızda… Geri qayıt |