Əsas Səhifə > Cəmiyyət, Manşet > "Azəriqaz" bir kəndin bir küçəsini nədən narazı salıb?

"Azəriqaz" bir kəndin bir küçəsini nədən narazı salıb?


14-11-2016, 10:41
"Azəriqaz" bir kəndin bir küçəsini nədən narazı salıb?
Yevlax rayonunun Hacımahmudlu kənd sakinləri küçələrinə qaz çəkilmədiyi üçün “Qafqazinfo”ya müraciət edib. Şikayətçilər bildirib ki, 6 il əvvəl kənd qazlaşdırılsa da, 6-7 ailənin yaşadığı küçəyə hələ də qaz çəkilməyib.

“Bizim sovet vaxtında qazımız olmadığı üçün qaz idarəsi deyir ki, qazı küçəyə öz vəsaitimizlə çəkməliyik. Qaz çəkmək asan işdir? Azı 4-5 min tələb olunur. Bizim də ona gücümüz yoxdur”.

Kənd sakini Anar Soltanlı dəfələrlə Tərtər rayon Regional Qaz İstismarı İdarəsinə müraciət etdiklərini, ancaq bir nəticə olmadığını bildirib:

“Onlar da eyni şeyi deyir. Öz evlərimizə çəkməyə razıyıq, heç olmasa ana xətti çəksinlər.

Məsələylə bağlı “Qafqazinfo”nun əməkdaşı “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevlə əlaqə saxlayıb. İ. Kərbaleyev bildirib ki, sakinlər bu kimi hallarda “Azəriqaz”a məktub yazmalıdır:

“Biz məktub əsasında şikayəti araşdırırıq. Ancaq ümumi olaraq onu deyə bilərəm ki,kənddə yeni tikilmiş və dövlət proqramında nəzərdə tutulmayan yaşayış sahələri varsa, onlar lisenziyası olan tikinti şirkəti ilə müqavilə bağlayaraq qazlaşdırmanı həyata keçirə bilərlər. “Azəriqaz” tərəfindən sayğaclar pulsuz olaraq quraşdırılacaq. Amma digər bütün işlər podratçı şirkət tərəfindən həyata keçirilməlidir.

Geri qayıt