Əsas Səhifə > Cəmiyyət, Manşet > Azərbaycanı Suriyaya döndərmək istəyənlərin qarşısındakı ƏSAS SİPƏR

Azərbaycanı Suriyaya döndərmək istəyənlərin qarşısındakı ƏSAS SİPƏR


7-10-2016, 17:15
Azərbaycanı Suriyaya döndərmək istəyənlərin qarşısındakı ƏSAS SİPƏR
DİA.AZ: - Qardaş Türkiyədə 15 iyulda gerçəkləşən çevriliş cəhdində polisin şücaətini qeyd etməmək imkansızdır. Məhz polisin çevikliyi, qəhrəmanlığı sayəsində Türkiyəmiz böyük bir təhlükənin astanasından döndü, qurtuldu. Əksi baş versəydi, bu gün regionumuzun qan çanağına dönəcəyi də şəkksizdir.

Bildirək ki, Türkiyədə olduğu kimi və bəlkə də Türkiyədə olduğundan da qat-qat artıq formada Azərbaycan polisinin qəhrəmanlığına dastanlar bağlamaq olar və LAZIMDIR. Həm elə 1-ci Qarabağ savaşında və həm də elə ondan sonrakı müddət boyunca - GÜNÜ BU GÜN Azərbaycan polisinin hansı HÜNƏRLƏ ölkəmizdə asayişin keşiyində dayandığını görməməzlikdən gəlmək olmaz.

Bu gün Azərbaycan bəlkə də yeganə müsəlman ölkəsidir ki, hətta müharibə şəraitində olmasına rəğmən daxili sabitliyi, hüzuru və güvənliyi ilə öyünə bilər (Belə yerdə «Maşallah» deməyimiz lazımdır). Bunun ərsəyə gəlməsində isə Azərbaycan polisinin hansı dərəcədə MÜSTƏSNA ROL oynadığı danılmaz faktdır.

Son olaraq Nardaran olaylarında polis əməkdaşlarının məhz öz dövlətlərinin təhlükəsizliyi naminə canlarını fəda etmələri faktı bir daha təsdiqləmiş oldu ki, bu DÖVLƏT UĞRUNDA ÖLMƏYƏ HAZIR oğullar var və bu dövləti asan-asan kimsə sarsıda bilməz.

Amma maləsəf ki, bəzi məqsədli dairələr (Maraqlıdır ki, bu dairələrin kökünə vardıqda eyni ünvandan qidalandıqları ortaya çıxır) davamlı şəkildə polisi gözdən salmağa, Azərbaycan polisinin nüfuzunu ləkələməyə çalışırlar.

Nə misal çəkəcəyik, nə şahid gətirəcəyik. Hər şey gün kimi aydındır və hər şey ortadır. Amma burada bir məqam diqqətdən yayınmamalıdır. Ortada olan təkcə kimlərinsə böhtançı şər-şəbədə kampaniyasına baş vurmaları deyil, həm də həmin diarələrin - Azərbaycana aid olan dairələrin bu gün avamlıqla kənar güclərin ölkəmizə qarşı İYRƏNC PLANLARINA nökərçilik etmələridir.

Bu gün bu adamlar anlamırlar ki, Azərbaycana «DEMOKRATİYANI» gətirməyi məqsəd edənlər üçün Azərbaycanla İraqın, Liviyanın, Suriyanın heç bir fərqi yoxdur. Onlar deyildimi istisi və tüstüsü milyonlarla müsəlmanın canını yandıran «ƏRƏB BAHARI»nı Azərbaycana transfer etdirməyə çalışanlar? Bunu görmədinizmi? Və görmədinizmi ki, həmin «BAHAR» əslində müsəlman ölkələrinin CƏHƏNNƏMindən başqa bir şey deyil?

Kim iddia edə bilər ki, bu gün İraqda sağ qalan ərəblər üçün hazırki yaşantıları hətta ən qaniçən diktator kimi tanıdığımız Səddam Hüseyn dönəmindəki yaşantılarından daha XOŞBƏXT təəssürata malikdir?

Və acınacaqlı olanı da budur ki, bütün bu HƏQİQƏTLƏRİ dərk edə-edə, görə-görə kimlərinsə oyunbazlığına gələrək Azərbaycanımızı Suriyaya döndərməyə çalışanların əlində alət olanlarımız da var… TƏƏSSÜFLƏR!

Əslində artıq təəssüflənməkdən də keçib. Çünki yerləşdiyimiz region və dəyişən geopolitik şərtlər də diqtə edir ki, artıq bir dövlət olaraq içimizdəki təhlükələrdən də sığortalanaq. Əgər hansısa budağımız Azərbaycan adlı evimizin kökünü qurutmağa çalışırsa, həmin budağı budamaq lazımdır. BU ŞƏRTDİR!


***

Gələk, polisimizin nüəuzunun ləkələnməsi kampaniyasına. Bəli, bu bir kampaniyadır. Əvvəli də bəllidir. Əvvəlcə yol polisindən başladılar. Bu gün də paralel olaraq bu siyasətlərini davam etdirirlər. Hətta bəziləri DYP-nin ləğvini belə gündəmə gətirməyə çalışdı. Gördülər ki, əksi baş verir. İCTİMAİ QINAQ onlara qarşıdır. Keçdilər oyunbazlığa. Ümumi olaraq AZƏRBAYCAN POLİSİ adını hədəə aldılar.

Yenə də alınmayacaq. Çünki bu millət 25 il əvvəlki millət deyil. Kimsə çobanlıq fikrinə düşübsə, bunun üçün başqa ünvanlar var. Elə dönəmləridir, beş-on qoyun alıb otarsınlar, daha milləti qoyun yerinə qoyub otarmağa çalışmasınlar. Başa düşməlidirlər ki, bu millətin ayıq və sayıqlığını şübhəyə alaraq onu aşağıda görmək istəyənlərin özləri şərəfsizlik quyusunun dibindədirlər.

Millət hər şeyi yaxşı görür və polisinə - başda cənab Daxili İşlər Naziri Ramil Usubov olmaqla… MİNNƏTDARDIR!

DİA.AZ-ın Analitik Qrupu


Geri qayıt