Əsas Səhifə > Cəmiyyət, Manşet > Daha bir səhiyyə biabırçılığı

Daha bir səhiyyə biabırçılığı


21-09-2016, 14:12
Daha bir səhiyyə biabırçılığı
Redaksiyamıza daxil olan məlumatlarda son vaxtlar Mingəçevir şəhər səhiyyə sisteminin olduqca ağır duruma düşdüyü bildirilir. Bu xüsusda aldığımız məlumatlarda qeyd olunur ki, Mingəçevirin səhiyyə sistemi Şəhər Mərkəzi Xəstəxanasından, 6 dispanser, 3 poliklinika, Rayonlararası Doğum Evi, Ana və Uşaq Müalicə Sağlamlıq Mərkəzi, Uşaq Nevroloji Sanatoriyası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası və s. tibb müəssisələrindən ibarətdir. Şəhərdə eyni zamanda Stomatoloji poliklinika, Gigiyena və epidemiologiya Mərkəzi, Taun əleyhinə şöbə, Dezinfeksiya stansiyası və Baytarlıq idarəsi fəaliyyət göstərir. Mingəçevirdə məskunlaşmış qaçqın və məcburi köçkünlərlə birlikdə 120 mindən artıq əhaliyə tibbi xidmət göstərən səhiyyə müəssisələrində 2200-dən çox işçi çalışır. Xatırladaq ki, qəzetimizdə bundan əvvəl də bir neçə dəfə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının fəaliyyətindəki xoşagəlməz məqamlarla bağlı materiallar dərc olunub. Yerli mənbələrdən aldığımız məlumatlar əsasında hazırlanmış həmin yazılarda da qeyd olunmuşdu ki, 2015-ci ilin əvvəllərindən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsinə təyin edilmiş Yusif Quliyevin fəaliyyəti bu şəhərin səhiyyə sistemi üçün qətiyyən uğurlu hesab oluna bilməz. Daxil olan məlumatlarda sakinlərin xüsusi narazılığını doğuran əsas məqamlardan biri kimi xəstəxanaya dərmanların alınmasında şişirdilmiş qiymətlər göstərilir. Başqa sözlə desək, apteklərdə bir qiymətə satılan dərman preparatları xəstəxana üçün alınan zaman müvafiq sənədlərdə onların qiymətləri üç-dörd dəfə artıq göstərilir. Məlumatlarda göstərilir ki, Mingəçevir şəhər mərkəzi xəstəxanasında, eləcə də rayonun digər tibb müəssisələrində Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə təminatlarına dair verdiyi təlimatlar kobud şəkildə pozulur. Hətta vərəm və şəkərli diabet xəstələri belə pulsuz dərmanla təmin olunmurlar. Əhaliyə göstərilməli olan pulsuz xidmətlər demək olar ki, formal xarakter daşıyır. Mingəçevirlilər ümid edirdilər ki, Yusif Quliyev xəstəxananın baş həkimi vəzifəsinə gətirildikdən sonra o, bu sahədə ciddi irəliləyişlərə imza atacaq. Amma xəstələrin bu ümidi tamamilə boşa çıxdı.

Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasının 22 şöbə və 14 bölmədən ibarət olduğunu deyən məlumatlı şəxsin sözlərinə görə, bu tibb müəssisəsində rüşvət yığımları hazırda indiyədək görünməmiş bir həddə çatıb. Digər tərəfdən də mərkəzi xəstəxanada həm xəstələrə, həm də tibbi personala şamil olunan “ölü canlar” təcrübəsi geniş tətbiq olunur. Birinci halda RMX-da əslində olmayan pasientlərə saxta “xəstəlik tarixləri” açılır və xəstələr üçün ayrılmış ərzaq və dərman preparatları mənimsənilir. Həm də bu maxinasiya ilə eyni zamanda iki məqsəd güdülür. Belə ki, mənbələrin iddialarına görə bu “xəstəlik tarixləri”nin əksəriyyəti həm də pensiya almaq üçün məqsədli şəkildə açılır. Mingəçevir Şəhər Uşaq Nevroloji Sanatoriyasının da bərbad vəziyyətdə olduğunu qeyd edən mənbə bildirib ki, burada otaqlardan biri hətta anbar kimi istifadə olunur. Uşaq Nevroloji Sanatoriyası üçün ərzaq və tibbi ləvazimatları Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasından götürülür. Xəstəxanaların və sanatoriyanın ərzaqla, tibbi ləvazimat və dərmanlarla təminatına ayrılan vəsait birbaşa Yusif Quliyevin rəhbərlik etdiyi tibb müəssisəsindən gəlir. Bildirilir ki, son 1 ildə Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına ayrılan 1,5 milyonluq dərman pereparatlarının böyük bir hissəsi ayrı-ayrı apteklərdə satışa çıxarılıb. Hətta xəstəxanaya müraciət edən xəstələrə belə dərman həkimlər və tibb bağıları tərəfindən pula satılır və heç də apteklərdəki qiymətlərdən ucuz olmur. Bundan başqa məlumatda qeyd olunur ki, Yusif Quliyev bütün cərrah-həkimlərdən aylıq “haqq” alır.

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

Geri qayıt