Əsas Səhifə > Cəmiyyət, Manşet > Əli Abbasov həbs oluna bilər

Əli Abbasov həbs oluna bilər


8-09-2016, 11:08
Əli Abbasov həbs oluna bilər
DİA.AZ: - Bir neçə gün bundan qabaq yerli KİV-lərdə sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun mülklərini satışa çıxarması haqda məlumatlar dərc olunmuşdu. Yayılan məlumatda keçmiş nazirin Bakı şəhərinin müxtəlif yerlərində ona və oğluna məxsus mülkləri təcili satışa çıxardığı, hətda mülklərin dəyərindən çox aşağı qiymətə satıldığı bildirilirdi.

Bu gün isə Əli Abbasovun həbs təhlükəsi ilə üz-üzə qaldığı söylənilir. Bu barədə DİA.AZ-a danışan bilgili qaynaq iddia edir ki, hazırda istintaqı davam edən "MTN işi"nin RYTN-lə əlaqəli hissələrində Əli Abbasova qarşı kifayət qədər ciddi ittihamlar da ortaya çıxıb və bu ittihamlar ayrıca dosya olaraq toplanıb.

Mənbə dia.az-a bildirir ki, hələlik Əli Abbasov istintaqa çağrılmayıb: "Amma dosya hazırdısa, deməli, yaxın vaxtlarda siyasi qərarın veriləcəyi təqdirdə sabiq naziri də ən azından dindira bilərlər".

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt