Əsas Səhifə > Cəmiyyət, Manşet > "Odlar Yurdu" universitetinin bağlanması gündəmdə

"Odlar Yurdu" universitetinin bağlanması gündəmdə


30-08-2016, 10:23
"Odlar Yurdu" universitetinin bağlanması gündəmdə
DİA.AZ: - Məlum olduğu kimi dünən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası(TQDK) ayrı-ayrı təhsil müəssisələrinə qəbul olan abituriyentlərin sayı (II mərhələdən sonra) haqqında statistik məlumatları açıqlayıb. Məlumata görə, bu il Prezident yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Bakı Ali Neft Məktəbi, Dövlət Gömrük Komitəsinin Akademiyasının plan yerləri tam, Azərbaycan Turizm və Menecment Univeristeti, Milli Aviasiya Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Naxçıvan Müəllimlər İnstitutunun plan yerləri isə 95 faiz və daha çox dolub.

Xatırladaq ki, 2016/2017-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə qəbul üçün 41 736 yer ayrılıb. Müsabiqədə iştirak edən abituriyentlərdən 34 771 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 12 315 nəfər dövlət sifarişi əsasında, 22 456 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Qəbul planı 83.31 % dolub.
Ayrı-ayrı ali təhsil müəssisələri üzrə plan yerləri və qəbul olan bakalavrların sayı haqqında məlumatlarla aşağıdakı cədvəldə tanış ola bilərsiniz:

DİA.AZ bildirir ki, ən biabırçı mənzərə isə "Odlar Yurdu" universiteti ilə bağlı olub. Belə ki, 600 tələb olunan plan yeri üzrə abituriyentlərin yalnız 68 nəfəri qeyd olunan ali təhsil ocağını seçiblər.

Bununla bağlı DİA.AZ-a danışan Təhsil Nazirliyindəki qaynaq məlumat verir ki, artıq "Odlar Yurdu"nun adı "qara siyahı"ya düşüb və onun bağlanması gündəmə gəlib: "Təbii ki, hörmətli Əhməd müəllimin oğlu təhsil naziri Mikayıl Cabbarovun "sağ əlidir" ki, bu da universitetin taleyinin müəyyən olunmasında mühüm formada təsir edəcək. Amma istənilən halda, əgər gələn il də anoloji vəziyyət olacaqsa, artıq nazirin özü belə "Odlar Yurdu"na süni nəfəs verə bilməyəcək".

Geri qayıt