Əsas Səhifə > Cəmiyyət, Manşet > Bakı meri sağalmaz xəstəliyə yoluxub

Bakı meri sağalmaz xəstəliyə yoluxub


8-08-2016, 11:02
Bakı meri sağalmaz xəstəliyə yoluxub
DİA.AZ: - "Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov ağır xəstəliyə düçar olub". Bu barədə DİA.AZ-a məlumatlı mənbə informasiya verib.

Xəbəri verən qaynaq iddia edir ki, həkimlər tərəfdindən gərgin müalicə rejimi məsləhət bilinən Bakı merinə əmək fəaliyyəti qəti olaraq qadağan edilib.

Onu da bildirək ki, dia.az olaraq bu informasiyanı BŞİH-lə dəqiqləşdirməyə çalışsaq da, bizə yalnız Hacıbala Abutalıbovun işdə olmadığını deməklə yetindilər.

Dia.az-a danışan mənbə isə bildirir ki, Abutalıbov məhz xəstəliyi ilə əlaqədar vəzifəsindən azad oluna bilər.

Geri qayıt