Əsas Səhifə > Cəmiyyət, Manşet > “Azəriqaz”da yenidən struktur islahatı

“Azəriqaz”da yenidən struktur islahatı


11-03-2016, 12:31
“Azəriqaz”da yenidən struktur islahatı
Iki il bundan qabaq Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) təşkilati idarəetmə strukturunun təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması, idarəetmə mexanizminin optimallaşdırılması məqsədilə "Azəriqaz”da həyata keçirdiyi struktur dəyişiklikləri gözlənilən effekti verməyib.

Bu barədə Mia.az-ı məlumatlandıran ekspert Ədalət Əsədovun sözlərinə görə, o zaman həyata keçirilən islahatın məqsədi "Azəriqaz” İB üzrə mövcud xərclərin optimallaşdırılmasını təmin etməkdən ibarət idi:

"Bununla aşağıda göstərilən adlarda regional qaz istismar idarələri yaradıldı. Həmin qurumlar və onlara daxil ollan xidmət sahələri belədir: Zaqatala Regional Qaz İstismarı İdarəsi (Zaqatala Xidmət Sahəsi, Balakən XS, Qax XS, Şəki XS, Oğuz XS), Salyan Regional Qaz İstismarı İdarəsi (Salyan Xidmət Sahəsi. Saatli XS. Neftcala XS, Sabirabad XS, İmi.li XS, Haciqabul XS, Şirvan XS). Xacmaz Regional Qaz İstismarı İdarəsi (Xacmaz Xidmət Sahəsi, Quba XS, Qusar XS, Şabran XS, Siyəzən XS, Xızı XS), Şəmki Regional Qaz İstismarı İdarəsi (Şəmkir Xidmət Sahəsi, Daşkəsən XS, Tovuz XS, Qazax XS, Gədəbəy XS, Ağstafa XS), Lənkəran Regional Qaz İstismarı İdarəsi (Lənkəran Xidmət Sahəsi, Astara XS, Cəlilabad XS, Biləsüvar XS, Masallı XS, Lerik XS, Yardımlı XS), Tərtər Regional Qaz İstismarı İdarəsi (Tərtər Xidmət Sahəsi, Bərdə XS, Fizuli XS, Beyləqan XS, Mingəcevir XS, Zərdab XS, Ağdam XS, Yevlax XS, Ağcəbədi XS), Gəncə Regional Qaz İstismarı İdarəsi (Gəncə Xidmət Sahəsi, Goranboy XS, Göycay XS, Naftalan XS, Samux XS), Ağsu Regional Qaz İstismarı İdarəsi (Ağsu Xidmət Sahəsi, Şamaxi XS, Qobustan XS, Ağdaş XS, Qəbələ XS, Ucar XS, Kürdəmir XS, Göycay XS, İsmayillı XS), Bakı Regional Qaz İstismarı Departamenti (Abşeron Xidmət Sahəsi, Binəqədi XS, Xətai XS, Xəzər XS, Qaradağ XS, Nərimanov XS, Nəsimi XS, Nizami XS, Sabunçu XS, Səbayel XS, Suraxanı XS, Yasamal XS), Bakı Regional Qazın Satışı Departamenti (Bakıya daxiı olan rayonlarda Xidmət Sahələrinin Təbii Qazın Qəbulu və Satışi şöbələri).

Maraqlıdır ki, belə bir struktur dəyişikliyini xərclərin stimullaşdırılması adı altında həyata kecirsələr də, bu şirkətə ziyandan başqa bir sey gətirmədi. Üstəlik, "Azəriqaz” İB-nin işcilərindən imtahan götürən İnsan Resursları Departamentinin kadrları düzgün yerləşdirməməsi, strukturun fəaliyyətinin zəifləməsini bir qədər də sürətləndirib”.

Müsahibimm qeyd edir ki, "Azəriqaz” İB-də struktur dəyişikliyi zamanı 2500 nəfər işcisi ixtisar olunub:

"Çox maraqlıdır ki, islahatın ilkin mərhələsində 2500 nəfəri ixtisara salan birlik rəhbərliyi vəziyyətin gərginləşdiyini, yeni qurumlarda operativliyin itdiyini görərək, sonradan 3500 nəfərdən çox işci qəbul elədi. Ancaq bu da çevik və keyfiyyətli idarəetmə sistemi yarada bilmədi. Əksinə, günbəgün qaz kəmərlərində qaz itkiləri çoxaldı, əhalidən yiğılan pul vəsaitlərinin məbləği aşagı düşdü, vətəndaşların ərizə və şikayətlərinə vaxtında baxılmır, rayondan məcburən regional qaz istismar idarələrinə göndərilən mütəxəssislərin vaxtaşırı olaraq öz günlərini xəstəxanalarda keçirməsi, kabinet rəislərinin çoxalması halları artdı. Bu və ya digər hallar isə strukturun yenidən dəyişdirilməsinə ehtiyac yaradıb”.

Ekspert iddia edir ki, artıq "Azəriqaz”ın struktur vahidi olan 8 Regional Qaz İstismarı İdarəsinin ləğvi gündəmə gətirilib:

"Mənim bildiyimə görə, ləğv etmədən sonra "Azəriqaz” İB-ə tabe olan Regionlar üzrə Qaz İstismari İdarəsi adlı vahid bir qurum yaradılacaq. Bakı, Sumqayıt, Abşeron daxil olmaqla isə bütün xidmət sahələri də bir qurumun - Bakı Regional Qaz İstismarı İdarəsinə tabe ediləcək. Bundan başqa "Azəriqaz” İB-nin tabeliyində Anbar Təsərrüfatı İdarəsi, Qaz Kəmərlərinə və Cihazlarına Texniki Xidmət İdarəsi, Təmir-Tikinti Departamenti, Bakı Regional Qaz Ölçü Qurğularına Xidmət Departamenti, o cümlədən Regionalar üzrə Qaz Ölçü Qurğularına Xidmət Departamenti də yaradılacaq”.

Geri qayıt