Əsas Səhifə > Cəmiyyət, Manşet > "Sən bizə layiqli başçı olmalıydın, olmadın"...

"Sən bizə layiqli başçı olmalıydın, olmadın"...


5-03-2016, 13:00
"Sən bizə layiqli başçı olmalıydın, olmadın"...
16 il Cəbrayılın icra başçısı olmuş Mahmud Quliyev işdən qovuldu... Mətbuata açıqlama verən keşiş başçı deyib: “Çox düzgün qərardır. Mən özüm də çıxmaq istəyirdim. Gedib ailəmlə olacağam”
P.S.Mahmud Quliyev başa düşmür ki, vəzifədə olanda xalq ilə, vəzifədən qovulandan sonra ailə ilə olmaq lazımdır… Amma o, vəzifədə olanda da ailəsi ilə olub. Məsələn, Bakıda özünə ticarət obyektləri, bir neçə yerdə “moyka”, iki çadlıq sarayı, 5-6 yerdə “novostroyka” evləri, bağ sahəsi və bağ evi tikdirib, uşaqlarına gün ağlayıb… Lakin əksinə etməli idi: vəzifədə olanda camaatı ilə bir yerdə olmalı idi… Olmalıydı, olmadı. Bu yerdə Ələkbər Ziyatayın “Olmalıydın, olmadın” adlı qəzəlinə korifey sənətkar, xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın hələ 70-80-ci illərdə oxuduğu, bu gün də sevilən “Olmalıydın, olmadın” mahnısının sözləri yada düşür:
Amma bu dəfə oxuyur Cəbrayıldan olan kasıb, güc ilə çprəkpulu tapan məcburi köçkünləri. Mahnı Mahmud Quliyevə ithaf olunur, ona xitabən oxunur:
VACIB XATIRLATMA: həmin mahnının orilinal sözləri belədir:
Sən mənim ulduzlu dünyam olmalıydın, olmadın,
Sən mənim bir dünya sevdam olmalıydın, olmadın.

Mən sənin eşqinlə Məcnuntək gəzirkən çölləri,
Sən mənim istəkli Leylam olmalıydın, olmadın.
Sən mənim bir an gözümdən getməyən şux sevgilim,
Sən mənim hərgünkü röyam olmalıydın, olmadın.

Başqasıyla indi xoşbəxtsən, ya bədbəxt, bilmirəm,
Sən mənimlə daha xoşkam olmalıydın, olmadın.

Ziyatay vəsf etdiyi gündən müqəddəs sevgini,
Sən onunçun əsl ilham olalıydın, olmadın.
***
Bu isə təzə mahnının sözləri:
Oxuyur Cəbrayıl köçkünləri:
Mahnı Mahmud Quliyevə həsr olunur:
“Sən bizə layiqli başçı olmalıydın, olmadın,
Sən bizim sirdaşımız olmalıydın, olmadın.

Biz sənin vədinlə Məcnun tək gəzərkən çadırlı çölləri,
Sən bizim sadiq Mahmudumuz olmalıydın, olmadın.
Sən bizim bir an gözümüzdən getməyən başçımız!
Yanıldıq, dayağımız olmalıydın, olmadın.

Milyonlarınla indi xoşbəxtsən, ya bədbəxt- bilmirik,
Sən bizimlə daha xoşbəxt olmalıydın, olmadın.

Mahmud, 16 il bizləri sərvətlərinə həsr edin, heyiflər!!!
Amma sən özünü bizlərə həsr etməliydin, etmədin!
“Təzadlar”


Geri qayıt