Əsas Səhifə > Cəmiyyət, Manşet > Bu nazirliyin hələ xırda məmuru belə meydan sulayırsa...

Bu nazirliyin hələ xırda məmuru belə meydan sulayırsa...


4-03-2016, 10:10
Bu nazirliyin hələ xırda məmuru belə meydan sulayırsa...
Neftçala rayonundan Savash.org-un elektron ünvanına göndərilmiş şikayət məktubunda rayonun Maliyyə idarəsinin müdiri Rəşid Manafovun özbaşınalıqlarından bəhs olunur.
Şikayət məktubunda iddia olunur ki, Rəşid Manafov icra başçısı İsmayıl Vəliyevin yanında xüsusi imtiyaza malikdir və bu şəxs neftçalada özünü külli-ixtiyar sahibi kimi aparır.
Xatırladaq ki, Rəşid Manafov 15 ilə yaxındır ki, Neftçala rayonunun Maliyyə İdrasinə rəhbərlik edir. Uzun illər ərzində vəzifədə qala bilmıəsinin mükafatı olaraq isə özünə böyük biznes şəbəkəsi yaradıb. Eyni zamanda o rayonun idarəçiliyində mühüm personalardan biri sayılır.
İndi isə gəlin, Rəşid Manafovun təkcə Neftçala rayonundakı obyektlərinə nəzər salaq: Rayon avtovağzalının yanındakı mebel seхi, Neftçala bazarındakı məişət evi, rayonun mərkəzində fəaliyyət göstərən ticarət mərkəzləri, tikinti-quraşdırma idarəsi, habelə tikintisi hələlik yarımçıq qalmış onlarla obyekt, 100 hektarlarla əkin sahiəsi və s.
Bacısı oğlu Aydın Aslanovu Neftçala şəhər bələdiyyəsinin sədri təyin etdirməyi bacaran Rəşid Manafov bununla rayondakı daha bir “açar postu” əlinə keçirməyi bacarıb. Bu həmin Aydın Abbasovdur ki, Neftçalada yayılan və hər kəsin izlədiyi video-görüntülərdə də dayısı tərəfindən bələdiyyə sədri təyin olunduğunu açıq şəkildə etiraf edib. Aydın Aslanov isə əvvəlcə Qarabağ Müharibəsi Veteranları və Şəhid ailələri İctimai Birliyinin Neftçala rayon təşkilatına sədr təyin edilib. Amma onun Qarabağ müharibəsində nə vaхt və hansı istiqamətdə aparılan döyüşlərdə iştirak etdiyini nə görən var, nə də eşidən. Əvəzində isə o, Neftçalanın icra başçısı İsmayıl Vəliyevdən yazdığı şikayət ərizələri ilə məhşurlaşıb. Sonradan isə dayısı Rəşid Manafovun köməkliyi nəticəsində icra başçısı ilə münasibətlərini yaхşılaşdırıb və onun “sağ əlinə” çevirilib. Rəşid Manafov kimi bacısı oğlunun da Neftçalada kifayət qədər ticarət obyekti var. Mənbə deyir ki, bələdiyyə sədri olanadək şəhər stadionunun yaхınlağındakı 100 kvadratmetrlik ərazidə ticarətlə məşğul olan Aydın Aslanovun indi şəhərin özündə və kəndlərində bir neçə sənədsiz mağazası fəaliyyət göstərir. Dövlət tərəfindən Qarabağ əlilləri üçün ayrılmış 30 hektar torpaq sahəsi bu günədək sahiblərinə verilməyib. Bələdiyyə sədri və daysının işbirliyi nəticəsində bu torpaq sahəsi başqalarının əlinə keçib. Mənbənin sözlərinə görə, Aydın Aslanov bələdiyyə sədri təyin olunan kimi sahibkarları hədəfə alıb. Onun ilk işi torpaq sahəsinin bələdiyyəyə aidiyyatı olmayan balıq bazarını ələ keçirmək olub. Daha sonra əvvəlki bələdiyyə sədri tərəfindən verilmiş torpaqların sahiblərinə müхtəlif vasitələrlə təzyiq etməyə başlayıb. Prezidentin bələdiyyə torpaqları ilə bağlı imzaladığı sərəncamlara məhəl qoymayan Aydın Aslanov vətəndaşları dövlətdən narazı salmaqla məşğuldur. Rayon sakinləri bildirir ki, onunla bağlı dəfələrlə yuхarı dairələrə şikayət edilsə də, heç bir nəticəsi olmayıb.
Neftçalada söz sahibinə çevrilən Rəşid Manafovun rayondakı bir obyekti qanunsuz olaraq sənədləşdirməsi, ardınca isə çox yaxın bir şəxsinə hədiyyə etməsi haqda isə yaxın günlərdə məlumat verəcəyik.

Geri qayıt