Əsas Səhifə > Cəmiyyət, Manşet > Evlənmək istədi, adam oğrusu kimi həbsdə yatır...

Evlənmək istədi, adam oğrusu kimi həbsdə yatır...


2-03-2016, 09:31
Evlənmək istədi, adam oğrusu kimi həbsdə yatır...
DİA.AZ: - Göyçay rayon Xəlitli kəndi sakini İsmayılova Almarə Piri qızı prezident İlham Əliyevə müraciət edib. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciəti olduğu kimi təqdim edirik:

"Həbsdə olan oğlumun əfv edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə mətbuat vasitəsi ilə müraciət etmək istəyirəm.Xahiş edirəm müraciətimi dərc edin.
Hörmətli Prezident !
Mənim oğlum İsmayılov Vüsal Ələddin oğlu Şəki Ağır Cinayətlər Məhkəməsinin 09 iyul 2015-ci il tarixli hökmü ilə , Azərbaycan Respublikasının 144.2.3 -cü maddəsi ilə təqsirli bilinib 8 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilmişəm.Hal-hazırda cəzasını Peniteensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində çəkir.Oğlum Vüsal törətdiyi cinayət əməlindən çox peşmandır.O bu cinayəti törətməmişdən əvvəl həmin əməlin cinayət tərkibli olmasını bilməmişdir.Belə ki, Vüsal zərərçəkən Piriyeva Mələk Qorxmaz qızını evləib ailə həyatı qurmaq üçün qaçırmışdır. Başq çirkin, pis niyəti olmamışdır.Çünki mən xəstəyəm köməyim yoxdur deyə Vüsal sevdiyi Mələk Piriyevanı evlənmək niyyəti ilə qaçırmışdır. Ancaq biz toy-düyün, şənlik xoşbəxtlik düşündüyümüz halda başımıza belə bir ağır bəlalar gəldi.Qız qaçırma ata-babadan el adəti olmuşdur ki, belə qızqaçırmalarla Azərbaycanda çoxlusayda ailələrin təməli qoyulmuş xoşbəxt yaşamışdılar oğul uşaq nəvə-nəticə sahibi olmuşdular. Düzdür bu cinayət əməli olduğu üçün oğlum Vüsal və onunla birgə bu cinayəti törətmiş çəxslər qanunu qaydada cəzalanıblar.Ancaq Vüsalın ciddi xəstə olmasını, törətdiyi əməlindən peşman olmasını , zərərçəkən Mələk Piriyeva və onun ailəsi ilə barışıq əldə etməyimizi, onların bu barədə yazdıqları barışıq ərizəsini, həbsdə olduğu müddətdə Vüsalın nümunəvi davranışını və sairə yüngülləşdirici halları nəzərə alıb onu həbsdən azad etmək və ya cəzasının çəkilməmiş hissəsinin yarıyadək azaldılmasını əfv sərəncamı ilə təmin etmək olar ki, buna görə ümüdümüz Allaha və Sizin kimi mərhəmətli Prezidentimizədir. Vüsal əməlindən tam peşmandır, həbsdə rejim qaydalarına riayət edir.Özüm ciddi xəstə olduğum üçün çox əziyyət çəkirəm, baxanım yoxdur.Ağlımıza gəlmədiyi halda belə bir bəla ilə üzləşdik, ağlamaqdan gözlərimin yaşı da quruyub".

Daha sonra dia.az-a daxil olan müraciətdə deyilir: "Ancaq buna baxmayaraq yenədə ümüdümü üzməmişəm ona görə ki, Azərbaycanın Sizin kimi humanist, mərhəmətli və ədalətli Prezidenti var.Bünövrəsini Ümummilli Liderimiz Heydər Əliyevin qoyduğu əfv etmə ənənəsini Siz davam etməklə çoxlu sayda məhkumlara azadlıq bəxş edib, ailələrinə doğmalarına qovuşdurmusunuz. Mən bu ərizəmi çox nikbin ruhda inanıb yazıram. Çünki Sizi ailəmiz özünə əziz,doğma insan hesab edir, Sizə inanırıq, Sizə böyük ümüdlərimiz var.Siz bütün ümüdləri doğruldan ədalətli, qayğıkeş insansınız.Bu ərizəmi ürəkdən inamla yazıram.Ancaq mən ən böyük köməyi Sizdən gözləyirəm və buna sidq ürəkdən inanıram. Mənim oğlum Vüsalı əfv edilib azadlığa, əzizlərinə qovuşmağıma kömək etsəniz elə bilərəm mənə şəfa verəcəksiniz. Azərbaycanın Sizin kimi humanistt, ədalətli Prezidenti var . Mən Sizə ümüd , edib inanıram.
Hörmətli Prezident !
Sizdən çox-çox xahiş edirəm oğlum Vüsalın ciddi xəstə olmasını, törətdiyi əməlindən peşman olmasını , zərərçəkən Mələk Piriyeva və onun ailəsi ilə barışıq əldə etməyimizi, onların bu barədə yazdıqları barışıq ərizəsini, həbsdə olduğu müddətdə Vüsalın nümunəvi davranışını və sairə yüngülləşdirici halları nəzərə alıb onu əfv edəsiniz və ya cəzasının çəkilməmiş hissəsinin yarıyadək azaldasınız.Söz verirəm ki, oğlum Vüsal bir daha cinayət törətməyəcək Azərbaycan Respublikası adını daima uca tutacaq. Sizə Allahdan uzun ömür, möhkəm can sağlığı və işlərinizdə daima uğurlar arzulayıram".

Geri qayıt