Əsas Səhifə > Cəmiyyət, Manşet > AzTV-də xəbər siyasətini kimlər və necə müəyyən edirlər?

AzTV-də xəbər siyasətini kimlər və necə müəyyən edirlər?


25-02-2016, 09:52
AzTV-də xəbər siyasətini kimlər və necə müəyyən edirlər?
DİA.AZ: - Redaksiyamıza dövlət telekanalı olan AzTV-yə və digər telekanallara qarşı ağır ittihamların yer aldığı bir məqalə göndərilib. DİA.AZ olaraq bəri başdan bəyan edirik ki, materialda səsələnən fikirlərlə bağlı bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq. Məqalə müəllifi olan Elmir Quliyev yazır:

“Azərbaycanda son bir necə ayda televiziya kanallarının bir neçəsində yeni pulyığma kampaniyası başlayıb. Təəssüflər olsun ki, bu kampaniya heç də xoşməramlı bir missiyaya dəstək deyil yeni rüşvətxorluq mənbəyinin yaranmasına xidmət göstərməkdədir. Belə ki, bəzi televiziyalar hər hansı dövlət qurumunun tədbirini onun cəmiyyət üçün əhəmiyyəti nəzərə alınmadan yalnız rüşvət müqabilində efirə verə biləcəyini vurğulayır və həmin televiziyalarda xüsusi kassirlər bu işi həyata keçirməkdədir. Nə yazıqlar ki, bu işə həvəslə girişən və prosesin başında gedən dövlət televiziyamız olan Azərbaycan Televiziyasıdır (Az Tv).
Belə ki, Az Tv-də bu işə məsul Şahin adlı işcidir. Həmin zatın arxasında isə yeni müavin Elsevər Dünyamalıyevin və sədr Arif Alışanovun durduğuna əsaslı şübhəlar var. Ən azı ona görə ki, Az Tv-də qapılarda veyillənən Şahin bəy tez bir zamanda belə bir səlahiyyətə sahib ola bilməzdi. Şahin bəy dediyimiz kimi hazırda baş kassir rolunu ifa etməkdədir. Az Tv-nin 8 xəbərlərində efirə gedəcək bir dəqiqəlik xəbərin qiyməti 200 manatdan başlayır və nə yazıq ki, Şahin tədbirə dəvət üçün dövlət qurumlarından olunan zənglərə cavabında bunu çəkinmədən deyir. Tədbirin isə əhəmiyyəti 10-cu dərəcəli məsələdir. Onun cəmiyyət və dövlət üçün əhəmiyyətinə də bir qoz... Fərq etməz əli cibində olan dövlət qurumunun tədbirin saat 5-də və 8-də işıq üzü görməsi mütləq olur və həmin tədbir öndə yer alır. Pul verməyən dövlət qurumu isə mələsə belə Şahin bəyin vecinə olmur və “biz belə istəyirik” deyir. Ortada böyük pulların oynadığın nəzərə alsaq Şahinin dili kobud və yöntəmsiz icracıdan başqa biri olmadığı üzə çıxır. Oturub “Xəbərlər” blokunda gedən xəbərləri sayanda və şotkaya vuranda mənzərə çılpaqlığı ilə üzə çıxır, korrupsiya şəbəkəsinin Az Tv-nin yuxarılarına gedib çıxdığı ehtimalı daha da artır. İstənilən halda mənzərə utancverici və iyrəncdir... Dövlətin kanalı zibil içindədi və belə bir efir məkanının yaradılması acınacaqlı durumu ortaya qoyur”...

Daha sonra Elmir Quliyevin müəllifi olduğu, dia.az-a daxil olan məqalədə deyilir: “AzTv-dəki bu özbaşınalıqlar o biri kanallara da sızmaqdadır. Hazırda ATV kanalı qonşudan geri qalmamaq prinsipinə söykənib dövlət kanalına bənzəmək üçün qolun çırmalayıb. Dövlət qurumlarının bir coxun Xəzər TV-dən transfer etdiyi bir xanım müxbirə həmçinin özünün bir neçı stajlı müxbirinə həvalə edən ATV-də bu işin ucu yəqin ki xəbərlər departamentinə və kanal rəhbərliyinə uzanmamış olmaz.
Nə isə görünən odur ki, kanallarımız inkişaf etmək, peşəkarlığı artırmaq əvəzinə “reket”liyə başlayıblar. Əslində qınamalı deyil “ana” televiziyamız olan Az Tv-nin başlatdığı yol gec-tez o biri kanallara da sirayət etməli idi. Ümid yalnız onadı ki, Prezident Administrasiyası bu sahədə şəffaflığın yaradılmasına başlaya. Çünki bəzi məlumatlara görə dövlət qəzetləri də eyni yola sürüklənməkdədir... İstər-istəməz belə bir sual ortaya çıxır- Belə media dövlətimizə lazımdımı və bu tipli mediaya külli miqdarda dövlət vəsaitinin xərclənməsinə dəyərmi???”

Geri qayıt