Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib .....                     Suriyada müxalif qüvvələr Hələbə daxil oldu .....                     Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib .....                     Qərbin “erməni sevgisi”: .....                     "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı .....                     Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır .....                     Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü .....                     Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər .....                     “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? .....                     Ülvi Quliyev vətəndaşları qəbul etdi .....                     “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” .....                     "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." .....                     Azərbaycanda əsas seysmik zonalar: .....                     Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı .....                     Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır .....                     Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib .....                     VHP bələdiyyə seçkilərində iştirak edəcək .....                     İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər .....                     "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." .....                     Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub .....                     "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi .....                     "Rusiya və İran arasında qaz ticarətinin .....                     Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? .....                     Yunanıstan özü vadar edir ki... .....                     MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı .....                     İcra başçılarının “Dream Construction Company” sevgisi .....                     "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub .....                     Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... .....                     İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? .....                     Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün .....                     Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı .....                     Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb .....                     Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... .....                     Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? .....                     Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." .....                     "Araz-2024" birgə taktiki təlimi başa çatıb .....                     Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? .....                     “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? .....                     İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib .....                     İrəvanla Moskvanın “küsülülüyü" .....                 

Beyləqan RİH başçısının tenderdən gizlətdiyi pullar üzə çıxdı - ARAŞDIRMA
Tarix: 8-06-2015, 12:12 | Çap et
Beyləqan RİH başçısının tenderdən gizlətdiyi pullar üzə çıxdı
Vaqif Abdullayev Beyləqan Mərkəzi Futbol Meydançasının əsaslı təmirinə ayrılan vəsaitin tenderə girilmədən xərclənməsini necə edib? Bu suala xeyli vaxtdır cavab axtarmaqdayıq… Söhbət ondan gedir ki, hələ 2009-cu ildən Beyləqandakı mərkəzi futbol meydançası ətrafında qalmaqal hələ də davam edir. Belə ki, RİH başçısı Vaqif Abdullayevin adı çəkilən futbol meydançasının əsaslı təmirini həyata keçirən "İSPİK" MMC tikinti şirkəti ilə aralarında, necə deyərlər, dədə-baba üsulu ilə apardığı razılaşma sonradan məhkəmə müstəvisinə çıxıb. Belə ki, Vaqif Abdullayev aşağıda məzmunu geniş bəhs ediləcək tikinti-təmir işinə əl qoyur, sonra podratçı "İSPİK" MMC tikinti şirkətinin rəhbərini yanına çağırıb «centlemen» sazişi bağlayır, 600 min manatdan çox məbləğə razılaşırlar… Stadion vaxtında istifadəyə verilir, hətta Prezident İlham Əliyev açılışında iştirak edir... Lakin iş başa çatandan sonra podratçı "İSPİK" MMC-yə pul vermək lazım gəlir, bu dəfə V.Abdullayev şifahi razılığl pozur, Abdullayev pulun hamısını (400 min manat nəğd verilir) verməkdən imtina edir... RİH başçısı bunun səbəbini guya işin keyfiyyətsiz görülməsi və təmirin tam başa çatdırılmaması ilə əlaqələndirir. Kiməsə (artıq «Təzadlar»a məlumdur) arxalanan V.Abdullayev şirkət rəhbərinə «Əkil burdan!» komandası verir… Sonra hüquqlarını müdafiə etmək istəyən "İSPİK" MMC tikinti şirkətinin rəhbəri Qabil Mülariz oğlu Mustafayev aidiyyəti dövlət qurumlarına şikayət etməli olur…

Tikinti keyfiyyətsiz və yarımçıq idisə, bəs stadionun açılışına niyə Prezident dəvət edilmişdi???

İcra başçısı ortaya qoyduğu arqumentinin mənasız olduğunu bilsə də, inadkarlığından dönmür. Həqiqətən də, əgər tikinti işləri keyfiyyətsiz və yarımçıq həyata keçirilmişdisə, bəs stadionun açılışı niyə həyata keçirilib? Bundan əlavə, belə yarımçıq və keyfiyyətsiz tikinti ilə başa vurulmuş stadiona niyə ölkə Prezidenti dəvət edilmiş və rəsmi açılış mərasimi həyata keçirilmişdir?
Bütün bunlara baxmayaraq, Beyləqan RİH başçısı V.Abdullayev vəziyyətdən girəvəli çıxış yolu tapmış kimi, guya işgüzar nüfuzuna ciddi xələl vurulması, ona böhtan atılması iddiası ilə "İSPİK" MMC tikinti şirkətinin rəhbəri Qabil Mülariz oğlu Mustafayevin barəsində «Xüsusi ittiham qaydasında» şikayət ərizəsi ilə Suraxanı rayon Məhkəməsinə üz tutur.
Nəhayət, məhkəmənin ilkin hazırlıq iclası keçirilir… Barəsində şikayət edilən "İSPİK" MMC tikinti şirkətinin rəhbəri Qabil Mülariz oğlu Mustafayevin məhkəməyə təqdim etdiyi sənəd və sübutlar RİH başçısı V.Abdullayevin şikayətinin qurama olduğunu, əsassız yazıldığı qənaətinə gəlir. Hətta məhkəmədə bir vacib suala cavab istənilir ki, yaxşu, tikintinin keyfiyyətsizliyini qoyaq bir kənara, bəs bu qədər məbləğ tenderdən keçməyibsə, dövlətin maraqları və nüfuzu qorunmayıbsa, siz özünüzün hansı işgüzar nüfuzunuzdan danışırsınız?
Hakimn bu məntiqli və ağıllı sualından sonra Beyləqan RİH başçısı V.Abdullayev iddia ərizəsindən imtina etməlii olub, amma…

İcra başçısının iddia ərizəsində şok məqamlar…

Beləliklə, «Təzadlar» Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin şikayət ərizəsini əldə edib. Aşağıda heç bir şərh vermədən təqdim edirik:
«Suraxanı rayon Məhkəməsinə
Xüsusi ittihamçı Abdullayev Vaqif İdris oğlu
Barəsində şikayət olunan şəxs Mustafayev Qabil Mülariz oğlu
2014-cü ilin fevral ayında «İsrik» MMC ilə rəsmi müqavilə bağlanmamış, Beyləqan şəhər Stadionunun əsaslı təmiri ilə bağlı şifahi razılaşma əldə olunmuşdur. Şifahi razılaşmaya əsasən, İcra Hakimiyyəti təərfindən «İspik» MMC-nə işin gedişi ilə bağlı istənilən texniki yardım (traktor, maşın-mexanizmlərlə təminat) göstərilsə də, şəhər stadionunda planlaşdırılan işlər keyfiyyətsiz icra edilmiş və tam başa çatdırılmamışdır. Bu barədə «Spik» MMC-yə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cəmiyyət tərəfindən qeyd olunan nöqsanlar aradan qaldırılmamış, həmin işlər tərəfimizdən başa çatdırılmışdır.
Bütün bunlara baxmayaraq Rayon İcra Hakimiyyəti tərəfindən «İspik» MMC-yə icra olunmuş işlərə görə razılaşdırılmış vəsait artıqlaması ilə ödənilmişdir. Lakin buna baxmayaraq «İspik» MMC tərəfindən görülməmiş və başa çatdırılmamış işlərə görə də heç bir əsas olmadan İcra Hakimiyyətindən əlavə vəsait tələb edilir. Cəmiyyətə görülməmiş və başa çatdılımamış işlərə görə də əlavə vəsaitin ödənilməsi mümkün olmadığı dəfələrlə MMC-nin rəhbəri Qabil Mülariz oğlu Mustafayevə bildirilmiş, narazı qaldığı halda isə mübahisənin həlli üçün məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. Lakin o, buna baxmayaraq böhtan şaiyə xarakterli məktublarla müxtəlif orqanlara davamlı olaraq müraciət edir. Belə ki, Mülariz Mustafayev əsassız olaraq 16 mart 2015-ci il tarixdə 4469-3940 saylı ərizə ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, 03 aprel 2015-ci ildə 10-80-36 saylı müraciətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikası Milli Məclisinin deputatı xanım Qənirə Paşayevaya, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Çingiz Qənizadəyə, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, millət vəkili Fazil Qəzənfəroğluna, ANS və ATV Tele-radio Verilişləri şirkətlərinə… yalan və böhtan xarakterli müraciətlər etmişdir (şikayətdə çoxsaylı ünvanlar göstərilir.Red.)».
Şikayət ərizəsində daha sonra yazılır: «… «İspik» MMC-nin rəhbəri Mustafayev Qabil Mülariz oğlunun
Əsassız, böhtan xarakterli şikayətləri nəticəsində bir çox instansiyalara mütəmadi cavab vermək məcburiyyətində qalmışam, eyni zamanda rayon İcra Hakimiyyətinin başçısı kimi mənim barəmdə qeyd edilən yalan məlumatlar şərəfimə, ləyaqətimə və işgüzar nüfuzuma ləkə gətirərək əsassız olaraq mənim vaxt itirməyimə, əsəb gərginliyi və mənəvi sarsıntı keçirməyimə səbəb olmuşdur. Bu cür yalan və böhtan xarpakterli məlumatlar yuxarı dairələrdə barəmdə qərəzli surətdə mənfi rəy formalaşdırmağa və ictimaiyyət arasında isə nüfuzdan salmağa yönəlmişdir».
Xüsusi ittihamçı, Beyləqan RİH başçısı V.Abdullayev məhkəmədən xahiş edir: «…Mustafayev Qabil Mülariz oğlunun Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edərək barəsində ittihamedici hökm çıxarılmasını xahiş edirəm.
Vaqif Abdullayev, 15 aprel 2015-ci il. 3 vərəqdə».
- Hakim Elçin Ağayevin hansı məntiqli sualı icra başçısının korrupsiya əməlini üzə çıxartdı ki, V.Abdullayev biabır olmamaq üçün iddia ərizəsini geri götürməyə məcbur oldu?
- V.Abdullayev Qabil Mustafayevə gördüyü işə görə verilən 400 min manatdan çox nağd pulu haradan alıb?
- Bəs Prezidentin Ehtiyat Fondundan Beyləqan RİH-ə ayrılan vəsait necə xərclənib?
- Bu vəsaitin xərclənməsi tenderdən necə keçirilmiş?
(Davamı var)
«Təzadlar»ın Araşdırma Qrupu









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Bu gün, 19:38
Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Bu gün, 19:06
Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Bu gün, 19:03
Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Bu gün, 18:58
"Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Bu gün, 18:53
Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Bu gün, 18:42
Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Bu gün, 18:31
Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Bu gün, 18:28
“Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Bu gün, 18:20
Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Bu gün, 18:09
“Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Bu gün, 18:02
"Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Bu gün, 18:00
Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Bu gün, 17:54
Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 17:45
Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Bu gün, 17:36
Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Bu gün, 17:34
VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Bu gün, 17:28
İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Bu gün, 17:24
"Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Bu gün, 17:22
Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Bu gün, 17:19
"Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Bu gün, 17:14
"Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Bu gün, 17:06
Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Bu gün, 17:03
Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46
MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43
İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42
"SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39
Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37
İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35
Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29
Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24
Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11
Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08
Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01
"Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58
Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51
“Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40
İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36
İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34
Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31
Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30
Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26
Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24
Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22
Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17
Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11
Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08
Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10
Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru