Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib .....                     Suriyada müxalif qüvvələr Hələbə daxil oldu .....                     Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib .....                     Qərbin “erməni sevgisi”: .....                     "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı .....                     Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır .....                     Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü .....                     Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər .....                     “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? .....                     Ülvi Quliyev vətəndaşları qəbul etdi .....                     “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” .....                     "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." .....                     Azərbaycanda əsas seysmik zonalar: .....                     Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı .....                     Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır .....                     Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib .....                     VHP bələdiyyə seçkilərində iştirak edəcək .....                     İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər .....                     "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." .....                     Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub .....                     "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi .....                     "Rusiya və İran arasında qaz ticarətinin .....                     Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? .....                     Yunanıstan özü vadar edir ki... .....                     MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı .....                     İcra başçılarının “Dream Construction Company” sevgisi .....                     "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub .....                     Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... .....                     İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? .....                     Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün .....                     Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı .....                     Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb .....                     Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... .....                     Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? .....                     Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." .....                     "Araz-2024" birgə taktiki təlimi başa çatıb .....                     Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? .....                     “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? .....                     İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib .....                     İrəvanla Moskvanın “küsülülüyü" .....                 

Nazim İbrahimovun qələmini niyə qırıblar... - Diaspora siyasəti yeni simaya həvalə olunur
Tarix: 5-05-2015, 11:38 | Çap et
Nazim İbrahimovun qələmini niyə qırıblar...
Prezident İlham Əliyevin harınlamış məmur və məmur övladları ilə bağlı xəbərdarlığından sonra bəziləri özünü yığışdırmalı oldu. Hətta bir neçə yüksək rütbəli məmurun bu cür faktlara görə, işdən azad olunması, həbsə atılması da baş verdi.

“Unikal”ın məlumatına görə, yaxın ətrafı, daha dəqiq desək, övladının dəbdəbəli həyat tərzi sürməsini nümayş etdirməsi Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimova da problem yaradıb. Belə ki, bir müddət öncə komitə sədrinin oğlu Elnur İbrahimovun sərvəti barədə saytlarda fotolar, yazılar yer almışdı. Yazıda Elnur İbrahimovun şəxsi təyyarə ilə səyahət etdiyi, bahalı yaxtalara sahib olduğu vurğulanır:“Elnur səyahət eləməyi çox xoşlayır. Amma adi “Aerobus-320" tipli təyyarədə tərləyə-tərləyə uçmaq və səninlə qonşu kresloda oturmuş hansısa kök bir xalanın tər iyini udaraq əzab çəkmək Elnurluq deyil. Biznes-klassda uçmaq da artıq dəbdən düşmüş səyahət sayılır. Elnur xüsusi komfortu və əlahiddə xidməti, yəni açıq desək, şəxsi təyyarədə uçmağı sevir. Azərbaycanlı məmurun oğlunun həyat tərzi yalnız Bakı gənclərinin çox sevdiyi ingilisdilli V.I.P. abbreviaturasına daxil olan xidmət və rahatlıq üzərində qurulub. Mövsümün ən qızğın vaxtında Maldiv adalarında istirahət etmək? Niyə də olmasın?! İstirahət günlərində, boş vaxtlarında dostları da götürüb İstanbula gəzməyə getmək? Heç bir problem yoxdur! Bu, sevimli oğlundan heç nəyi əsirgəməyən məmur atanın əlində nə çətin işdir ki?! Budur, o, katerdə şütüyür, qiyməti isə təyyarəyə baxanda qəpik-quruşdur. Bakıda bu cür nəqliyyatın kirayəsinin bir saatı 500 manata başa gəlir. Sıradan vergiödəyicisi bu əyləncə vasitəsini heç kirayə də götürə bilməz, o ki qaldı onu almaq... Boş-bekarçılıqdan bezəndə Elnur paytaxtın ən elitar restoranlarında bahalı alkoqollu içkilər içməklə, habelə DJ-liklə də məşğul olur. Yəni özünün vaxtaşırı olaraq təşkil etdiyi qapalı məclislərində “val fırladır”. Hərdən də belə məclisləri vətənində deyil, Parisdə təşkil edir ki, bütün dostları, hətta çoxdandır Bakıda yaşamayanlar da gələ bilsinlər".
Sözsüz ki, komitə sədrinin oğlunun həyat tərzi ilə bağlı bu yazı gündəmə bomba kimi düşdü və böyük rezonans doğurdu. Həmin dövrdə ölkə başçısının harınlamış məmurlarla bağlı xəbərdarlığı yeni idi və bu səbəbdən də Nazim İbrahimovun sərt şəkildə cəzalandırılması an məsələsi idi. Ona görə də həmin dövrdə Nazim İbrahimov mətbuata çıxaraq, oğlunun əməlləri ilə bağlı açıqlama verdi. Sözsüz ki, o, yazılanları “cəfəngiyyat” adlandırıb: “Mənim belə bir əmlakdan xəbərim yoxdur. Əgər o yazını yazan jurnalist həmin əmlakın ünvanını mənə göstərsə, hamısını ona bağışlayacağam. Özünü ciddi hesab edən media belə yoxlanılmamış məlumatı verməməlidir”.
Nazim Ibrahimov bu tipli yazıları Azərbaycan iqtidarında olanlara qarşı “şər atmaq, ləkə yaxmaq, dövlət adamlarını nüfuzdan salmaq üçün planlı addım” adlandırıb: “Bir sıra müxalifət mətbuatında dövlət və hökumət adamlarına qarşı bu cür addımlar atılır. Bunların da demək olar ki, tam hissəsi şayiələrdir, həqiqətə uyğun deyil. Bu, sadəcə Azərbaycan iqtidarına sədaqətli olan adamları ləkələmək, onları cəmiyyətə tamam başqa cür təqdim etmək məqsədi daşıyır”.
Təbii ki, N.İbrahimovun bundan başqa cavabı ola bilməzdi. Dövlət məmurunun milyonluq, bəlkə də milyardlıq əmlaka necə sahib olması sualına cavab vermək çətindir. Hələ üstəlik övladının bütün bunları nümayişkəranə göstərməsi komitə sədrini daha böyük zərbə altında qoydu.
“Unikal”ın apardığı araşdırma zamanı bir sıra ilginc məlumatlar əldə etmişik. Öncə onu qeyd edək ki, məlum yazıdan sonra Nazim İbrahimovun oğlu Elnur İbrahimov İnstagram sosial şəbəkəsindəki akkauntunu bağlayıb. Bununla məlum olur ki, artıq N.İbrahimov həmin məqalədən sonra ciddi xəbərdar edilib. Bu barədə bizi bilgiləndirən hakimiyyətdəki mənbə deyib ki, həmin söhbətdən sonra N.İbrahimovla bağlı “yuxarılar”ın mövqeyi qətiləşib: “Onsuz da Nazim İbrahimovun fəaliyyətindən ciddi narazılıqlar var. Onun diaspora işini gücləndirməkdən daha çox müxtəlif ölkələrdə biznes strukturları qurması və burada dövlətin ona verdiyi yetkililərdən sui-istifadə etməsi onunla bağlı mənfi rəy formalaşdırmışdı. Amma onun oğlunun dəbdəbəli həyat tərzini əks etdirən materialların yayılması Nazim İbrahimova qarşı inamsızlığı daha da gücləndirib. Artıq Nazim İbrahimovun karyerasını bitirməklə bağlı ilkin qərar var. Bunun nə zaman gerçəkləşəcəyini deyə bilmərəm, amma onun vəzifədə uzun müddət qalmayacağı qətidir”.
Göründüyü kimi, səmərəsiz fəaliyyəti, vəzifə səlahiyyətlərindən sui-istifadə daha bir yüksək çinli məmurun karyerasına son qoymaqdadır. Nazim İbrahimovun təkcə vəzifədən kənarlaşdırmaqla cazasının bitib-bitməyəcəyi hələ sual altındadır. Çünki artıq vəzifə dövründə qanunsuz əməllərə görə hesab sorulması tendensiyasına start verilib. Bu isə N.İbrahimov üçün daha acınacaqlı sonluq vəd edir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Bu gün, 19:38
Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Bu gün, 19:06
Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Bu gün, 19:03
Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Bu gün, 18:58
"Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Bu gün, 18:53
Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Bu gün, 18:42
Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Bu gün, 18:31
Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Bu gün, 18:28
“Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Bu gün, 18:20
Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Bu gün, 18:09
“Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Bu gün, 18:02
"Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Bu gün, 18:00
Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Bu gün, 17:54
Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 17:45
Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Bu gün, 17:36
Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Bu gün, 17:34
VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Bu gün, 17:28
İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Bu gün, 17:24
"Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Bu gün, 17:22
Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Bu gün, 17:19
"Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Bu gün, 17:14
"Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Bu gün, 17:06
Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Bu gün, 17:03
Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46
MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43
İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42
"SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39
Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37
İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35
Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29
Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24
Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11
Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08
Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01
"Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58
Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51
“Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40
İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36
İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34
Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31
Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30
Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26
Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24
Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22
Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17
Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11
Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08
Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10
Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru