Ağstafada dövlətin torpaqlarına kimlər dədə malı kimi sahib çıxır - Rəsmi ittihamlar
Tarix: 4-05-2015, 11:09 |
Çap et
DİA.AZ: - Kənd Təsərrüfatı Nazirliyinin hesabatına əsasən, ayrı-ayrı şəxslər dövlət müəssisələrinə bitkiçilik və heyvandarlıq üçün daimi istifadəyə verilən torpaqlardan qanunsuz olaraq istifadə edir.
Ümumilikdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki müəssisələrə daimi istifadə üçün təhkim olunan dövlət mülkiyyətindəki torpaqların 2606,73 hektarı zəbt olunub, 18438,41 ha isə qanunsuz icarəyə verilib.
DİA.AZ xəbər verir ki, Ağstafa rayonu ərazisində fəaliyyət göstərən Ağstafa “Dilbaz” Atçılıq DKTİM MMC-yə məxsus 947 ha torpaq sahəsinin 15 ha 2000-ci ildə zəbt olunub, 932 ha isə 2011-ci ildə RİH tərəfindən qanunsuz olaraq 5 nəfərin icarəsinə verilib. Bu rayondakı digər təsərrüfatdan da heç nə qalmayıb: Ağstafa rayon atçılıq zavoduna məxsus 600 hektar torpaq sahəsinin 570 hektarı “Ağstafa süd” kompleksinə verilib, 30 ha isə zəbt olunub. Ağstafa RİH-nın sərəncamı ilə M.Mikayılov adına DKTİM MMC-yə məxsus 3465 ha torpağın 260 hektarı icarəyə verilib. Hesabatda deyilir ki, dövlət kənd təsərrüfatı müəssisələrinin torpaqlarından qanunsuz istifadəyə Dövlət Sərhəd Xidməti də qoşulub. Onun sərəncamı ilə Beyləqan rayonunun ərazisindəki “Dostluq” dövlət damazlıq təsərrüfatının 201 ha torpağında aerodrom tikilir.
Bu qanunsuzluqların qarşısının alınması üçün Kənd Təsərrüfatı Nazirliyi Nazirlər Kabinetinə və məhkəmə orqanlarına müraciət edib.