"Azərsu" şefinə qarşı ittiham dolu faktlar açıqlandı... - Qorxmaz Hüseynov üçün arzuolunmaz anlar...
Tarix: 23-04-2015, 12:01 | Çap et
Qorxmaz Hüseynov Dövlət Neft Şirkətinin sosial məsələlər üzrə vitse-prezidenti postundan "Azərsu" ASC-nin sədri vəzifəsinə gətirilərkən ona böyük ümidlər bəslənilirdi. Güman edilirdi ki, o, ASC-nin sabiq sədri Nizaməddin Rzayevdən fərqli olaraq işinə məsuliyyətlə yanaşacaq, rəhbərlik etdiyi müəssisədə neqativ halların, əsasən də yeyintinin kökünü tamamilə kəsəcək, tabeçiliyində olan şəxslərin vəzifə səlahiyyətlərini aşmasına imkan verməyəcək.
Təəssüf, Qorxmaz Hüseynov ona olan inamı və bəslənən ümidləri doğrulda, həmçinin rəhbərlik etdiyi sahədə mövcud problemləri aradan qaldıra bilmədi…
"Qorxmaz Hüseynovun və Əhliman Mansurovun cəsarəti varsa, məmurların, vəzifə sahiblərinin villalarına verilən suyu kəssin"
Heç kimə sirr deyil ki, bu gün paytaxt Bakının bir çox rayon və qəsəbələrində əhali içməli su sarıdan əziyyət çəkir. Əhalinin su ilə təmin olunmasına birbaşa cavabdehlik daşıyan "Azərsu" Səhmdar Cəmiyyəti və onun sədri Qorxmaz Hüseynov problemin tezliklə həll olunacağına dair çoxsaylı vədlər versə də, məsələ hələ də yoluna qoyulmayıb. Elə bu səbəbdən də Bakının əksər rayonları uzun müddətdir ki, su üzünə həsrət qalıb.
Ümumiyyətlə, son vaxtlar "Azərsu"da problemlər bitib-tükənmək bilmir. Yuxarıda da qeyd etdiyimiz kimi, əhalini müntəzəm olaraq su ilə sınağa çəkən ASC-nin həm yerli təşkilatlarında, həm də öz daxilində çox ciddi əyrintilər qeydə alınmaqdadır. Halbuki, çoxları düşünürdü ki, Qorxmaz Hüseynovun quruma rəhbər təyin olunmasından sonra "Azərsu"da mövcud olan nöqsanlar xeyli azalacaq. Lakin bunun əksinə Qorxmaz Hüseynov "Azərsu"ya sədr gəldikdən sonra vətəndaşların şikayətləri bir-birinin ardınca sıralanmağa başlayıb. ASC əməkdaşlarının əhalini sayğac quraşdırılmasında aldatması, onlara şişirtmə borclar yazması və digər bu kimi faktlar vətəndaşların quruma olan inamını itirib. Təsadüfi deyil ki, "Azərsu" rəhbərlərinin səriştəsiz fəaliyyəti yerli rayon təşkilatlarına da təsirsiz ötüşməyib. Belə ki, yerli su idarələrinin rəisləri vətəndaşlarla bəzən elə kobud rəftar edirlər ki, adam bunu sözlə ifadə etməkdə çətinlik çəkir. Misal kimi, Əhliman Mansurovun rəisi olduğu Binəqədi Rayon Sukanal İdarəsini göstərmək olar. Bir neçə gündür ki, adıçəkilən rayonun əhalisi, əsasən də Binəqədidə məskunlaşmış məcburi köçkünlər susuz qalıblar. Belə ki, "Azərsu" ASC-nin, daha dəqiq desək, Binəqədi Rayon Sukanal İdarəsinin əməkdaşları heç bir tutarlı səbəb göstərmədən rayonun Mir Cəlal küçəsi 109 ünvanına gələn su xəttini kəsiblər. Bu isə məcburi köçkünlərin haqlı etirazına səbəb olmuşdur. "Bizim "Azərsu"ya borcumuz yoxdur. Lakin buna baxmayaraq, qurumun əməkdaşları iki gün öncə gəlib su xəttini kəsiblər. Buna etiraz etdikdə dedilər ki, Binəqədi Rayon Sukanal İdarəsinin rəisi Əhliman Mansurovun göstərişi ilə gəliblər və mütləq suyu kəsməlidirlər" deyən məcburi köçkünlərin sözlərinə görə, onlar məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə, millət vəkillərinə, eləcə də digər müvafiq strukturlara müraciət etmək niyyətindədirlər: "Biz həm "Azərsu"nun, həm də Binəqədi Rayon Sukanal İdarəsinin fəaliyyətindən, onların əməllərindən narazıyıq. Artıq iki gündür ki, onlarla ailə susuzluqdan yanır. Nə içməyə, nə də istifadəyə su tapmırıq. Məmurların məsuliyyətsizliyi ucbatından sakinlər susuzluqdan qırılır. Axı borcumuz olmadığı halda niyə, hansı əsasla suyumuzu kəsirlər? Qorxmaz Hüseynovun və onun tabeçiliyində çalışan Əhliman Mansurovun cəsarəti varsa, o zaman məmurların, vəzifə sahiblərinin villalarına, biznes obyektlərinə, şadlıq evlərinə verilən su xətlərini kəssinlər. Onlar işlətdikləri suyun müqabilində dövlət büdcəsinə 1 qəpik belə ödəmirlər…"
"Azərsu" Qorxmaz Hüseynovun yaxın ətrafının şəxsi obyektinə çevrilib
Bu arada, qeyd edək ki, indiyədək "Azərsu" ASC-nin fəaliyyətində yer almış müxtəlif qanun pozuntuları ilə bağlı mətbuatda dəfələrlə tənqidi materiallar yayımlanıb. Məsələn, vertikal.az bildirir ki, ASC-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan yoxlamanın nəticəsində aşkar edilmiş mənimsəmənin bilavasitə həyata keçirilməsinə görə məsuliyyət daşıyan şəxs kimi "Azərsu"nun Babək Həsənov adlı əməkdaşı həbs olunub. Nəzərinizə çadıraq ki, Babək Həsənov ASC-də Köçəri Həsənov, Mahir Məmmədov və İlqar Tağıyevdən ibarət qruplaşmaya daxil imiş. Babək Həsənov "Azərsu" sədrinin 1-ci müavini Teyyub Cabbarovun qardaşının kürəkənidir. O, həbsinə qədər ASC-nin hüquqşünası olub. Sözügedən həbsin başda Qorxmaz Hüseynov olmaqla, onun 1-ci müavini və digər vəzifəli şəxsləri qorxuya saldığını vurğulayan məlumatlı şəxsin sözlərinə görə, "Azərsu" Qorxmaz Hüseynovun yaxın ətrafının şəxsi obyektinə çevrilib: "Aparılan maxinasiya sistemində isə əsasən üç şəxsin adı çəkilir. Onlardan biri, Qorxmaz Hüseynovun ən sevimli adamı olan bacısı oğlu Yusifəlidir. Digəri qardaşı Məhəmməd, üçüncüsü isə qayını Namiqdir. Qeyd edim ki, Qorxmaz Hüseynov rayonlarda həyata keçirilən su və kanalizasiya xətlərinin çəkilişi zamanı yeni "qayda"lar tətbiq edib. Həmin "qayda"lara əsasən borular çəkildikdən sonra onun üzəri mütləq dəniz kənarındakı ağ qumla örtülməlidir. Və məsələ belə əsaslandırılır ki, həmin qum növü guya, boruların əyilməsinə və çürüməsinə imkan vermir. Əslində isə durum tamam fərqlidir. Bu məsələnin gündəmə gəlməsinə səbəb həmin biznesin bacıoğlu Yusifəliyə verilməsidir. Belə ki, 2011-ci ildən etibarən Yusifəli dayısı Qorxmaz Hüseynovun sayəsində ağ qumu özünün biznesinə çevirib. Məsələn, Hacıqabul rayonunun Atbulaq kəndində Qalmaz adlanan ərazi var. Həmin ərazidə əslən Hacıqabul rayonunun Rəncbər kəndindən olan Əbil adlı şəxsin ağ qum karyeri fəaliyyət göstərir. Əbil Yusifəlinin kiçik müəssisəsinə bir yük maşın qumu 30 manatdan satır. Yusifəli isə sənədləşmədə həmin ağ qumun Hacıqabulun Atbulaq kəndindən deyil, başqa bir rayondan daşındığını yazdırır. Burada qumun uzaq məsafədən daşınmasını sənədləşdirmək pulun çox silinməsinə hesablanıb. Özü də qiymət bir neçə dəfə baha göstərilib. Sənəd üzərində guya, gündəlik 100 maşın qumun daşınması əksini tapıb. Bu isə 10 minlərlə manatın mənimsənilməsi deməkdir". Lakin Yusifəlinin qazanc yeri təkcə qum deyil. Həmçinin rayonlarda kanalizasiya və su xətlərinin çəkilməsində istifadə olunan boruların da onun gəlirinə təsiri var. Məlumatlara görə, ASC sədrinin bacısı oğlu Sumqayıtdakı zavoddan alınan boruların üzərinə bir qədər pul qoyaraq, onu öz məhsulu kimi satır. Bu ilk baxışdan kiçik rəqəm kimi diqqəti çəksə də, dəqiqləşdirildikdə hər il yüz minlərlə dollar qazanc demək olduğu aşkarlanar. Lənkəran, Mingəçevir, Biləsuvar, Hacıqabul, İmişli, Kürdəmir, Qax, Quba, Şəmkir, Ucar və Zərdab rayonlarında su təchizatı və kanalizasiya sisteminin tikintisinin bəzi xidmətləri də Qorxmaz Hüseynovun bacısı oğlunun müəssisəsinə həvalə edilib…
ASC-dən alınacaq "Texniki şərt" sənədi ən azı 60 min manata satılır
Onu da qeyd edək ki, Babək Həsənovun həbsinə qədər "Texniki şərt"lər birbaşa "Azərsu" sədrinin 1-ci müavini Teyyub Cabbarovun razılığı ilə verilib. "Mümkündür ki, bu, Qorxmaz Hüseynovun razılığı ilə olub. Digər müavinlər və hətta "Sukanal" Elmi-Tədqiqat İnstitutunun rəhbərliyinə qədər bir çox vəzifəlilər isə əksər hallarda bu mənimsəmələrdən xəbərsiz olublar. Əslində isə "Texniki şərt"i bu institut hazırlayıb, səlahiyyətinə uyğun olaraq 1-ci müavinə, o isə sədrə təqdim etməli idi" deyən məlumatlı şəxsin iddiasına görə, hazırda "Texniki şərt"lə bağlı hazırlanan bütün sənədləri birbaşa sədrin özü nəzərdən keçirməyə başlayıb: "Qorxmaz Hüseynovun bu işə belə ciddi yanaşması da səbəbsiz deyil. Çünki Yasamal Sukanal İdarəsinin rəis müavini olan doğma xalası oğlu Şakir İsmayılovun da Babək Həsənovun həbsində adı hallanıb. İddialara görə, Yasamalda yeni tikilmiş binalara verilən "Texniki şərt"lərdən alınan pulların böyük hissəsi mənimsənilib. Bu isə o qənaəti yaradır ki, istintaq dərinləşərsə, Qorxmaz Hüseynovun xalası oğlu və digər qohumları da ilişə bilər. Yəni bu, sonda ASC sədrinin və yaxın adamlarının həbsi ilə yekunlaşacaq".
Bu arada, "Azərsu"nun ölkədə ən çox korrupsiyaya bulaşmış dövlət qurumlarından birinə çevrildiyini iddia edən iskra.az qurum rəhbəri Qorxmaz Hüseynovun dövründə ASC-də ən ağılasığmaz maxinasiyalar, büdcə yeyintilərinə yol verildiyini qeyd edir. Bu barədə daxil olan məlumatlardan biri də "Texniki şərt" bazarının açılmasıdır. Belə ki, Qorxmaz Hüseynov dövlət və özəl obyektlərə "Texniki şərt" sənədini "şərt"siz vermir. İstər su-boru xətlərinin çəkilişi, istərsə də kanalizasiya xətti üçün "Azərsu"dan alınacaq "Texniki şərt" sənədi ən azı 60 min manata satılır. Məlumatda qeyd olunub ki, su və kanalizasiya xətlərinin istifadəyə verilməsi üçün nəzərdə tutulan sözügedən sənədi əldə etmək sahibkarlara soğan qabığı kimi soyulmaq hesabına başa gəlir. İstənilən müəssisə sahibi 60 min manatdan başlayaraq, rüsumların artan xətt üzrə tarifi ilə razılaşmalıdır. Qorxmaz Hüseynovun birbaşa nəzarətində olan bu bazar yaxın ətrafı və qohumları tərəfindən idarə olunur…
Qorxmaz Hüseynovun villasına bir saat su gəlməsə, buna dözə bilərmi?
Nəzərinizə çatdıraq ki, Nərimanov rayonu, Montin qəsəbəsində yerləşən əzəmətli villalardan biri Qorxmaz Hüseynova məxsusdur. Bununla bağlı gundemxeber.az-da yer alan informasiyada qeyd olunur ki, "Azərsu" sədrinə qonşu olan Montin qəsəbəsi, İsmayıl Hidayətzadə küçəsinin sakinlərinin bildirdiyinə görə, bina evlərinin ortasında ucalan bu dəbdəbəli imarət 2012-ci ildə tikilməyə başlayıb və bir neçə aya tikintisi yekunlaşıb. Sakinlər iddia edirlər ki, Qorxmaz Hüseynovun bu dəbdəbəli villasının ucbatından ətrafındakı əhali susuz qalıb. ASC sədrinin qonşularının su dərdinə heç bir əlac etməməsi İsmayıl Hidayətzadə küçəsinin sakinlərinin əsəblərini tarıma çəkib. Maraqlıdır, görəsən Qorxmaz Hüseynovun villasına bir saat su gəlməsə, buna dözə bilərmi?..
Su puluna görə gecə qaranlığında xətti kəsən "Azərsu" özü dövlətə vergi verməkdən boyun qaçırır
Bir neçə gün öncə Vergilər Nazirliyinin vergi borcunu ödəməyən vergi ödəyiciləri barədə məlumat yaydığını deyən mənbə bildirir ki, vergi borcunu ödəməyənlər arasında dövlət şirkətləri də var: "Belə dövlət müəssisələrindən biri də "Azərsu" ASC-nin "Birləşmiş Sukanal" MMC-dir. Bundan başqa, "Azərsu"nun tabeliyində olan "Sutikinti" müəssisəsi də vergi borcunu vermir. Gördüyünüz kimi, əhalidən su pulunu tələb edən, vermədikdə isə oğru kimi gecə qaranlığında xətti kəsib qaçan "Azərsu" özü dövlətə vergi verməkdən boyun qaçırır".
Neçə illərdir ki, ölkədə "Azərsu" mifi dolaşdığını vurğulayan dosye.org isə suyun istehlakçıya çatana qədər 3 mərhəllədən - palçıq-gildən təmizlənmə, xlorlama və zəyləmədən keçdiyini bildirir. Bu 3 mərhələyə milyonlarla vəsait sərf olunur. Heç kimə sirr deyil ki, Bakı sakinləri daim suyun normal gəlməməsindən şikayətlənirlər. Suyun təzyiqini aşağı salan isə Qorxmaz Hüseynovdur. Məhz onun göstərişi ilə 1 aqreqat 2-3 saat dayanan kimi ciblərə 10 min manat pul gəlir. Təsəvvür edirsiniz 10 aqreqatı 2-3 saat saxlayan kimi ASC rəhbərliyinin büdcəsinə nə qədər pullar axır. Camaat isə suyun az, yaxud fasilələrlə gəlməsindən əziyyət çəkir…
Bundan başqa, aparılan araşdırmalar zamanı məlum olur ki, əslində "Azərsu"nun fəaliyyəti ilə bağlı olaraq görülən işlərin çoxu ayrıca dövlət proqramları hesabına həyata keçirilir. Məsələn, "Bakıətrafı rayonların sosial-iqtisadi inkişafı proqramı" üzrə kəndlərə içməli su çəkilib. Vəsait ayrıca olaraq dövlət proqramının icrası üçün büdcədən ayrılır. Lakin ümumi illik yekun hesabatlarda biz adətən icraçı olan "Azərsu"nu işin sahibi olaraq təqdim edilən görürük. Maraqlıdır ki, dövlət proqramlarını bir kənara qoyanda adıçəkilən qurumun hər hansı uğurlu fəaliyyətini müşahidə etmək mümkün deyil.
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. \\ Günbakı \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Bu gün, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Bu gün, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Bu gün, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Bu gün, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Bu gün, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Bu gün, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Bu gün, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Bu gün, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Bu gün, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Bu gün, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Bu gün, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Bu gün, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Bu gün, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Bu gün, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Bu gün, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Bu gün, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Bu gün, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Bu gün, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Bu gün, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Bu gün, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Bu gün, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Bu gün, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Bu gün, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Bu gün, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31 |
|
|
|
• Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30 |
|
|
|
• Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26 |
|
|
|
• Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24 |
|
|
|
• Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22 |
|
|
|
• Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17 |
|
|
|
• Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11 |
|
|
|
• Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08 |
|
|
|
|