Gədəbəyin icra başçısının zülmündən prezidentə şikayət olundu - "Bu torpaqda yaşamağa əsil hüququ olan bir ailəyə bir qarış torpaq verilmir"
Tarix: 2-04-2015, 12:16 | Çap et
Redaksiyamıza Gədəbəy şəhər sakini Əliyeva Aybəniz Ramazan qızının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevaya və Prezident Adminstrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevə ünvanlanmış müraciəti daxil olmuşdur. Müraciəti olduğu kimi dərc edirik:
“Çox hörmətli cənab Prezident!
Mən bununla bütün dövlət orqanlarına 80-cı xahişnaməni yazıram. Lakin heç bir nəticə əldə edə bilməmişəm. Həyatda insan üçün ən ağrılı hal ona qarşı olan laqeydlikdir. Mən başa düşürəm sizin işləriniz həddindən artıqdır. Azərbaycan üçün, Azərbaycan xalqı üçün gördüyünüz işlər dastanlara sığmaz. Bunu bütün Azərbaycanlılar görür və çox gözəl də qiymətləndirirlər. Bu danılmaz bir həqiqətdir. Lakin əl yananda ağıza soxarlar. Biz özbaşınalıqlara, qanunsuzluqlara məruz qalanda dözə bilməyib sizə müraciət etməli oluruq. Bəzi məmurlar öz qanunsuz işləri ilə əhalini dövlətdən narazı salırlar. Mənim həyat yoldaşımın anası həmişə deyərdi ki, bala ataların gözəl bir deyimi var. “El üçün ağlayan gözündən olar. Mənim həyat yoldaşım Səfərov Qara Əli oğlu ali təhsilli işi gücü olan bir şəxs idi. Çox gözəl ailəmiz var idi. Allah müharibə salanların evini yıxsın. Müharibə başlayan kimi ailəsini, işini, gücünü fikirləşmədən könüllü olaraq müharibəyə getdi. Müharibənin axırına yaxın Berlin yaxınlığındakı vuruşmalarda həlak oldu. Mən 4 uşaqla qaldım çox çətin vəziyyətdə... Ətrafımızda olanların bəziləri müharibədən yayınaraq, özünü xəstəliyə, şikəstliyə vuraraq qaçıb meşələrdə gizlənənlər yavaş-yavaş üzə çıxmağa başladılar və öz ailələrinə sahib çıxdılar. Uşaqlarını oxutdular, qabağa çıxartdılar, vəzifə sahibi etdilər. Mən 4 uşağı çox böyük əziyyətlə böyütdüm. Deməzdim ki, yaxşı saxladım, yox acından ölməyə qoymadım. Elə oldu ki, həmin müharibədən qaçanların qapısında işləməyə məcbur oldum. O zaman heç dövlət də mənə sahib çıxmadı. Heç soruşanda olmadı ki, sənin həyat yoldaşın bu vətənin uğrunda həlak oldu, 4 uşağın yetim qaldı. İndi Allaha şükür dövlətimiz öz vətəndaşına sahib çıxır, siz də çalışın ona layiqli vətəndaş olun”.Allah ona rəhmət eləsin sağ olsa idi indi görərdi ki, bizi buna məcbur edənlər bəzi üzdəniraq məmurlardır. Bu məmurlar dövlət üçün xalq üçün yox, iki üc nəfər ailə üzvləri üçün çalışırlar. Bu günlərdə Belarusiyanın Prezidenti bir Azərbaycan vətəndaşına məktub yazır. Belarusiyanın azad olunmasında iştirakına görə öz təşəkkürünü bildirir. Bu sadə bir vətəndaşa verdiyi qiymət, göstərdiyi qayğı bu insanı necə sevindirir. Başa düşür ki, ömrü hədər getməyib. 70 ildən sonra prezidentin yadına düşüb və ona məktub yazıb, öz təşəkkürünü bildirib. Ancaq mənim həyat yoldaşımın atası heç müharibədən qayıtmayıb. Demək olar ki, onun bütün uşaqlığını, gəncliyini əlindən alıb. Atalı uşaqlar təhsil iş arxasınca gedəndə, mənim həyat yoldaşım körpəlikdən odun, kömür satmaqla 4 uşaqla tək qalmış anasına kömək etməklə məşğul olub. Gözünü açanda görüb ki, artıq iş-işdən keçib. Nə təhsil ala bilib, nə bir iş qura bilib. İndi isə öz ailəsini dolandırmağa, onları bir yerə çatdırmağa bizim icra başçısı imkan vermir. Əlimizdə olanı alıb, qurub tikdirdiyimizi dağıtdırıb, iş yox, güc yox. Nəvəmin biri tələbədir, biri əsgərdir, ikisi isə körpədir. Bu torpaqda yaşamağa əsil hüququ olan bir ailəyə bir qarış torpaq verilmir. Bizim yazdığımız 80 məktuba heç bir dövlət orqanı tərəfindən lazımi cavab verilmir. İndi siz bizim bir müharibə iştirakçısına verilən diqqətə baxın, müharibədə həlak olmuş insanın ailəsinə qarşı olan laqeydliyə baxın. Amma mən belə başa düşürəm ki, dövlət əvvəl rəhbəri, sonra isə əhalisi ilə tanınır. Əhalisi olmayan ancaq boş səhradır. Ona görə dövlət öz vətəndaşının qeydinə qalmalı, ona qarşı laqeyd olmamalıdır. Laqeydlik insanı hər yola sürükləyir. Siz təsəvvür edin 80 müraciətə cavab almamaq nə deməkdir. 8 nəfərlik ailənin başına gətirilən haqsızlıqlara 1 il 5 aydır dözür və dövlət rəhbərindən kömək gözləyir və inanır ki, nə vaxtsa bu məktublar öz sahibinə çatacaq və tapdalanan hüquqları bərpa olunacaq.
Çox hörmətli prezident!
Biz heç kimdən, heç nə istəmirik. Heç kimin malına göz tikməmişik, yalnız öz haqqımızı tələb edirik. Amma görürəm bizim başçı Ramiz Yediyarov arxasını elə möhkəm yerə dayayıb ki, bu qədər yazışma onun halını belə pozmur. Bu təkcə bizi saymamaq deyil heç dövlət orqanlarına belə məhəl qoymur. Öz başınada elə bir komanda yiğib ki, sanki bunlar bir balaca dövlətdir öz qanun qaydaları ilə Gədəbəyi bildikləri kimi idarə edirlər. Belə məmurlara və onların arxasında durub onlara qol qanad verənlərə qarşı bir tədbir görmək lazımdır. Belə məmurlara bir dur deməyin vaxtıdır. Bir yoxlatdırın əgər yazdıqlarımda bir səhv varsa mənim cəzamı verin”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Bu gün, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Bu gün, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Bu gün, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Bu gün, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Bu gün, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Bu gün, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Bu gün, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Bu gün, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Bu gün, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Bu gün, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Bu gün, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Bu gün, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Bu gün, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Bu gün, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Bu gün, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Bu gün, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Bu gün, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Bu gün, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Bu gün, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Bu gün, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Bu gün, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Bu gün, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Bu gün, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Bu gün, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31 |
|
|
|
• Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30 |
|
|
|
• Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26 |
|
|
|
• Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24 |
|
|
|
• Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22 |
|
|
|
• Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17 |
|
|
|
• Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11 |
|
|
|
• Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08 |
|
|
|
|